Millət vəkili icra başçısı ilə birgə görüş keçirdi – FOTOLAR

Baxılıb:144
Millət vəkili icra başçısı ilə birgə görüş keçirdi – FOTOLAR

AzTimes.az xəbər verir ki, millət vəkili Tamam Cəfərova Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla birlikdə növbəti səyyar qəbul keçirib. Bu dəfə səyyar qəbul rayonun Həmyəli və II Çaylı kəndlərində baş tutub.
Qəbulda təhsil, səhiyyə, mədəniyyət idarələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Kənd sakinlərinin qaldırdıqları əsas məsələlər içməli su təchizatının yaxşılaşdırılması və məşğulluq məsələləri ilə əlaqədar olmuşdur.
Qəbul zamanı kənd sakinlərinin arzu və təklifləri həssaslıqla dinlənilərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Millət vəkili Tamam Cəfərova səsləndirilən problemlərlə əlaqədar, qanunvericiliyin tələbələrinə uyğun olaraq, aidiyyatı qurumlar qarşısında məsələ qaldıracağını bildirmişdir.


Abunəlik