BDU-da R. Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunmuş Beynəlxalq konfransın açılışı oldu

Baxılıb:214
BDU-da R. Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunmuş Beynəlxalq konfransın açılışı oldu

Sentyabrın 29-da Bakı Dövlət Universitetində akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr edilmiş beynəlxalq konfransın açılış mərasimində iştirak etdik.
Tədbirdə çıxış edərək “Rəfiqə xanım Əliyeva elmi fəaliyyətlə yanaşı, ictimai-siyasi proseslərdə də aktiv iştirak edib. O, Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin yaxın silahdaşı olub, ona yalnız bir bacı kimi deyil, həm də siyasətçi kimi dəstək göstərib. Rəfiqə xanım müasir Azərbaycan qadın hərəkatının tanınmış simalarından biri idi. O, yorulmadan rayon və şəhərlərdə qadınlarla görüşlərdə iştirak edir, onların cəmiyyətdə fəaliyyətinin artırılması üçün əlindən gələni əsirgəmirdi. Elə buna görə də Dünya Azərbaycan Qadınları Birliyinin fəxri sədri seçilmişdi” qeyd etdim.
Görkəmli alimin əziz xatirəsi və xidmətləri hər zaman ehtiramla anılaraq, qəlbimizdə əbədi yaşayacaq!

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova/AzTimes.az/


Abunəlik