Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Baxılıb:237
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi  Şəhidlər xiyabanını ziyarət edib

Anım Günündə şəhidlərimizin xatirəsi yad edilib

AzTimes.az xəbər verir ki 27 sentyabr 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanı və 2-ci Şəhidlər xiyabanını ziyarət edib.

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, Şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla yad edilib.


Abunəlik