Azərbaycan Tarixinin 44 günlük şanlı Zəfər Salnaməsi Qəhrəmanları hörmətlə yad edildi

Baxılıb:267
Azərbaycan Tarixinin 44 günlük şanlı Zəfər Salnaməsi Qəhrəmanları hörmətlə yad edildi

23 sentyabr 2022-ci il tarixində Yeni Azərbaycan Partiyasının Veteranlar Şurası və YAP Sumqayıt şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan Tarixinin 44 günlük şanlı Zəfər Salnaməsi Qəhrəmanları” adlı tədbirdə geniş məruzəylə çıxış etdim: Bu gün tarixi gündür, biz şəhidlərimizi hörmətlə yad edirik, qazilərimizə Allahdan şəfa arzulayırıq! Əlbəttə, heç kim istəməz ki, itki olsun. Ancaq şəhidlərimiz, qazilərimiz, müharibə iştirakçılarımız elə bir tarix yazdılar ki, bunu ancaq şərəflə deyə bilirsən- onlar son 250 ildə Azərbaycan öz təsdiq olunmuş əraziləri çərçivəsində itirilmiş torpağı ilk dəfə idi geri qaytardı. Sentyabrın 27-si Anım günüdür, həm də Zəfər yolunun ilk addımı idi. Ali Baş Komandamızın düzgün zamanda qətiyyətli qərarları, taktiki göstərişləri – bunlar hamısı vacib rol oynadı. Yadınıza gəlir, keçən il Tovuz döyüşlərindən sonra – həmin vaxt Bakıda bir axın oldu, hər kəs müharibə, torpaqların geri qaytarılmasını tələb edirdi. Ancaq, dövlət başçımız həmin dövrü düzgün qiymətləndirdi, məqamı gözlədi və o çatanda “İrəli” əmrini verdi. İlk gündən bütün cəbhəboyu yalnız qələbə, torpaqlarımızın azad olunması xəbərləri gəldi. Vaxtı ilə ermənilər belə bir mif yaratmışdılar ki, erməni ordusuna qalib gəlmək olmaz. Ancaq Azərbaycan əsgəri öz igidliyi, cəsarəti, döyüş qabiliyyəti ilə bu mifi qısa zamanda dağıtdı.
Əlbəttə ki, bu 44 gün qısa bir zaman olsa da, Azərbaycanın şanlı tarixini yazdı. XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı. 44 günlük müharibə zamanında Azərbaycan uğurlu əməliyyat keçirərək 30 ilə yaxın zamanda işğal altında qalmış torpaqlarını erməni işğalçılarından azad etdi. 44 günün hər bir dəqiqəsini, saatını Qələbə sorağı ilə böyük həyəcan, səbirsizliklə gözləyirdik. 44 gündə hər dəfə yeni xəbərlər eşidir və ordumuzun düşmənə endirdiyi zərbələr qısa bir tarixdə bizə qələbə sevincini qazandırdı.


Bu da tarixi həqiqətdir ki, Ulu Öndər Heydər Əliyev istər birinci, istərsə də ikinci dəfə hakimiyyətə gələndə Azərbaycanın tale yüklü məsələsi olan Qarabağın və digər ərazilərimizin ermənlər tərəfindən işğal edilməsini bütün dünyaya çatdırdı. O, bir çox güclü dövlətlərin və beynəlxalq təşkilatların təzyiqlərinə baxmayaraq ərazilərimizin işğal olunduğunu, vətəndaşlarımızın soyqırımına məruz qaldığını sübut etmək və beynəlxalq aləmin bu həqiqəti qəbul etməsi üçün mübarizə apardı. Ümummilli Lider yaxşı anlayırdı ki, müharibəni uduzmuş, öz doğma torpağında məcburi köçkün vəziyyətinə düşmüş, iqtisadi, siyasi, hərbi cəhətdən zəif, eləcə də ideoloji natamamlıq yaşanan bir ölkə mübarizə aparmaq üçün güclü olmalıdır, inkişaf etməlidir, iqtisadi imkanlarını artırmalıdır. Digər mühüm amil isə insanları bir ideya ətrafında birləşdirmək idi. Bütün həyatını buna həsr edən Ulu Öndər siyasi, iqtisadi, hərbi islahatlar həyata keçirdi və ən əsası mənəvi- ideoloji mühitin formalaşması, azərbaycançılıq ideologiyasının formalaşması üçün bütün imkanları səfərbər etdi. “Mən fəxr edirəm ki, AZƏRBAYCANLIYAM!” bu fikir həmin ideologiyanın mühüm devizi oldu. O hər zaman inanırdı ki, “biz mütləq torpaqlarımızı işğaldan azad edəcəyik, biz mütləq həmin torpaqlardan yenidən yaşayacayıq, yaradacayıq!”.O inanır və bu fikirlərin reallaşması üçün çalışırdı. Əlbəttə ki, Azərbaycançılıq məfkurəsini daha da gücləndirtmək, iqtisadi imkanları artırmaq, ölkənin beynəlxalq nüfuzunu artırmaq üçün cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva davamlı iş aparırdılar. Həyata keçirilən daxili və xarici siyasət, nizamlı, peşəkar ordunun qurulması, Azərbaycanhəqiqətlərinin dünyaya çatdırılması bütün bunlar xalqımızın, dövlətimizin tarixi Qələbəsinə zəmin yaratdı. Bu gün Çənubi Qafqazda yeni reallıq yaradan Azərbaycan regionun lider dövlətidir.
Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir.
Bütün təzyiqlərə baxmayaraq, Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan xalqı əbədi, əzəli torpaqlarına həmişəlik olaraq geri qayıtdı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevində dediyi kimi Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünərkən gərək qonşu ölkələrin torpaqları haqqında xəyallara düşməsin. Artıq onun qarşısında bir qarış torpağını belə düşmən tapdağında qoymayan Güclü rəhbəri, güclü ordusu, dəmir yumruq kimi xalqı var!

Millət vəkili Hicran Hüseynova/AzTimes.az/


Abunəlik