Xocalıdan olan tanınmış bloger Prezidentə müraciət etdi

Baxılıb:257
Xocalıdan olan tanınmış bloger Prezidentə müraciət etdi

Tanınmış fəal bloger Səfər Cavadov sosial şəbəkə üzərindən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət edib. Reportyor.info bildirir ki, Xocalı rayonu, Cəmilli kənd sakini Cavadov Səfər Əsgər oğlunun müraciətini olduğu kimi təqdim edirik:Cənab Prezident. qeyd edim ki, 1991 ci il dekabır ayının 15 də, bədnam qonşularımız olan, qanunsuz erməni silahlı birləşmələrinin hücumu nəticəsində, doğulub amma boya başa çata bilmədiyim doğma kəndimi, Xocalı rayonunum Cəmilli kəndini valdeyinlərimlə bərabər tərk etmək məcburiyyətində qaldım. 30 ildə bütün çətinliklər gördük, bütün gərginlikləri yaşadıq, amma bir gün Vətənə dönmə ümidimizi heç zaman itirmədik.29 ildən sonra Azərbaycan ordusu sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsində Dağlıq Qarabağın bir hissəsini işğaldan azad etsə də, mənim doğulub amma suyuna, torpağına, havasına həsrət qaldığım Cəmilli kəndi Rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında qaldı. Və mənim vətəni ziyarət etmək arzum yenə reallaşmadı.Cənab Prezident tam səmimi deyim ki, bu müraciəti sizə etməyimə məni ruhlandıran bir vidio çıxdı qarşıma. Türk telekanaləna vətən həsrəti ilə bağlı verdiyiniz kövrək müsahibə sizin kimi mənidə duyğulandırdı. Siz o müsahibədə vətən həsrəti ilə alışıb yanan məcburi köçgünlərin durumunu göz yaşınızla ifadə etmisiz.Videoya baxarkən siznən eyni durumu məndə yaşadım. Vətən həsrəti çox ağır bir dərddir, bunu yaşamayan ifadə edə bilməz. Bu durumu Prezident olaraq siz daha yaxşı ifadə etdiniz.Cənab Prezident. Qeyd edim ki, ölüm deyilən bir anlayışdan heç vaxt qorxmamışam. Çünki bir gün hər kəs ölüb gedəcək. Doğma vətənimi görmədən ölmək mənə sadəcə dəhşət gəlir. Özüm ağır ürək xəstəsiyəm, 30 ildir bu günləri görmək üçün o qədər xəyal qurmuşuq, amma indi qurduğum tək xəyal doğma kəndimi bir gün ziyarət edib, mərhum atamın məzarına bir ovuc torpaq gətirməkdir.Mərhum atam o torpaqlarda heç vaxt rahat yata bilmədi, çünki kəndimiz hər gün erməni teroristləri tərəfindən aramsız atəşə tutulurdu. Atam isə bütün kənd sakini kimi vətənimizi qorumaqla görəvli idi. İndi isə elə hesab edirəm ki, bir ovuc torpaq onun rahat uyumasına səbəb olacaqdır. Cənab Preziden, sizdən xahiş edirəm məni vətənim olan Xocalı rayon Cəmilli kəndini ziyarət etməyim üçün icazə verəsiz. və bunun reallaşması üçün göstəriş verəsiz.Cənab Preziden onu da qeyd edim ki, ölkəmizdə olan Rusya səfirliyi qeyd edir ki, vətəndaşın Rusiya sülhməramlıları məsuliyyətində olan ərazilərə səfərinə yalnız ölkə rəhbəri və ya Prezident adimirasyasının icazəsi ilə baş tuta bilər. Səfirlik onuda əlavə etdi ki, sülhməramlı qoşunlar icazəsi olan şəxsin təhlükəsizliyini tam təmin etməyə hazırdır.


Abunəlik