AZTV sədri Rövşən Məmmədovun yerli kadrlara GÜVƏNİ QALMAYIB?-Xarici vətəndaşlar vəzifədə

Baxılıb:938
AZTV sədri Rövşən Məmmədovun yerli kadrlara GÜVƏNİ QALMAYIB?-Xarici vətəndaşlar vəzifədə

AZTV yeni mövsümə sentyabrın 4-də Rövşən Raqifoğlunun  aparıcısı olduğu “Həftə” proqramı ilə start verdi.Bir gün sonra bu estafetə digər verilişlər də qoşuldular.Məlum oldu ki,ekranda görünən bəzi dəyişikliklərin səbəbkarı Əmrah Alparslan adlı Türkiyə vətəndaşıdır.
Deyilənə görə Rövşən Məmmədov onu “TRT mütəxəssisi” kimi təqdim edərək 6 ay müddətinə AZTV-nin bədii rəhbəri təyin edib.Yəni 3 minə yaxın əməkdaşı olan 66 yaşlı milli televiziyanın tərtibatını “kirayəlik bədii rəhbər”ə həvalə edib.Bədii rəhbər adətən rejissorların arasından seçilib təyin olunur.Görün “kreativ sədr” AZTV-ni nə günə qoyub ki,bu vəzifəni içəridən bir rejissora tapşıra bilmir.Öncə sükanı Ranar-Naza cütlüyünə verdi.Kreativ Qrup,İmic Qrup,Ekstrim Qrup adları ilə AZTV-nin “bədii həllini tapmaq” istədilər.İndi də kiminsə təklifi ilə Əmrah əfəndini səlahiyyət sahibi edib.O da TRT-yə bənzər nəsə etmək istəyir.

Hər halda Vasif Babayev,Vaqif Ağayev,Etibar Babayev kimi bədii rəhbərləri olmuş AZTV-nin potensialı tükənmiş deyil.Peşəkar,zövqlü,
dünyagörüşlü,savadlı rejissorlarımız çoxdur.Sadəcə Rövşən Məmmədov onları görmək istəmir.Yəqin ona görədir ki özünün aparıcısı olduğu “Həftə” analitik informasiya proqramı da daxil olmaqla bəzi verilişləri az qala özfəaliyyət meydanına çevirib.Bu həngamənin nəyə görə açıldığı AZTV-də artıq heç kimə sirr deyil.
Beləki,ötən il “Həftə” buraxılışlarından birində Türkiyə Prezidenti R.T.Ərdoğanın müsahibəsi verilərkən üstündə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin adı yazılmışdı.Bu barədə mediada yazılar da verilib.Bu səhvdən dərhal sonra Rövşən Məmmədov İctimai-Siyasi Proqramlar baş redaksiyasının baş redaktoru və baş rejissoruna töhmət  və pul cəzası verməklə onları “Həftə”dən uzaqlaşdırdı.O vaxtdan onları bu işdə başqaları əvəz edir.Amma Rövşən müəllimin proqramının həcmi azalmır ki azalmır.Rövşən Məmmədov deyəsən səmimi şəkildə keyfiyyəti kəmiyyətə qurban verib.Belə olmasaydı,özünə uzunçuluq etməyən,söz yığını ilə məşğul olmayan ssenari yazan tapardı.Axı davamlı əl-qol,baş-boyun
hərəkətləri ilə xronometrajı azaltmaq olmur.Studiyada var-gəl edib dinamiklik yaratmaqla dəqiqələri azaltmaq olmur.Eləcə də əcnəbiləri dəvət etməklə,xarici TV-ləri təqlid etməklə yaradıcı mühit formalaşdırmaq mümkün olmur.

AZTV rəhbəri dərk etmir ki,hər televiziyanın öz görünüşü,siması var.Onu gah Rusiya kanallarına,gah Türkiyə kanallarına oxşadıb yamsılamaqla keyfiyyəti artırmaq mümkün deyil.Xəbər studiyasının son üç illik tarixçəsinə nəzər salsaq,görərik ki,quruluşu gah BBC NEWS,gah VESTİ sayağı ediblər.İndi isə yeni bədii rəhbər Əmrah bəy Vestiyəbənzər AZTV Xəbər dekorasiyasına böyük monitor qoyduraraq TRT effekti yaratmaq istəyib. Hələ bundan əvvəlki “Xəbərlər”,”Əsas Məsələ” verilişlərinin başlıqlarının musiqisinin  erməni kanallarındakı verilişlərdəki başlıqların musiqiləri ilə eynilik təşkil etməsini də əlavə etsəm,mənzərə aydın olar.2019-cu ildən bu günə kimi yeni mövsüm adı ilə bir neçə dəfə verilişlərin başlıqları,manşetləri dəyişdirilib,dekorasiyaları yenilənib.Rövşən Məmmədov bunu yeni studiyaların yaradılması kimi təqdim etsə də normal televiziyonçu dekorasiya qurulması ilə studiya qurulmasının fərqini çox gözəl bilir.

AZTV öz ənənəsi,tarixi olan bir sənət məbədidir.Ölkənin bütün televiziyalarının formalaşmasında AZTV-nin,əməkdaşlarının mühüm rolu olub.AZTV-nin həmişə öz dəst-xətti olub.Rövşən Məmmədov üç il ərzində bu dəst-xətti dəyişməyə çalışsa da,niyyəti hələ də baş tutmur,tutmayacaq da!

Pərvin Abışova/AzTimes.az/


Abunəlik