Azərbaycanlı əsirlərə işgəncə verən erməni general ölüm ayağındadır

Baxılıb:129
Azərbaycanlı əsirlərə işgəncə verən erməni general ölüm ayağındadır
Həbsdə olan erməni general Manvel Qriqoryanın vəziyyəti ağırdır və o, reanimasiya şöbəsinə yerləşdirilib.

AzTimes.az xəbər verir ki, bu barədə Manvel Qriqoryanın vəkili Levon Baqdasaryan deyib.

“Onun vəziyyəti ağırdır. Müdafiə tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan şəraitində intensiv müalicəsi mümkün deyil, lakin bu məsələni qulaqardına vurublar. Üstəlik, dəfələrlə barəsində qətimkan tədbirinin dəyişdirilməsini xahiş etmişdik. Çünki həbsdə olması müalicə almasının qarşısını alır. Amma bütün bu vəsatətlər əsassız olaraq rədd edildi”, – deyə Baqdasaryan əlavə edib.

Vəkilin sözlərinə görə, Manvel Qriqoryanın həyatı təhlükədədir, həkimlər onu ölümdən qurtarmağa çalışırlar.

Qeyd edək ki, Manvel Qriqoryan qanunsuz silah və döyüş sursatı əldə etməkdə, saxlamaqda, külli miqdarda əmlakın qəsb edilməsində, 1 milyard dramdan çox məbləğdə vergi ödəməməkdə, eləcə də 1 milyard dramdan artıq məbləğdə dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

General Qriqoryan 1991-1993-cü illərdə Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda Eçmiədzin batalyonunun komandiri kimi iştirak edib. O, Qarabağ müharibəsində əsir götürdükləri yüzlərlə azərbaycanlıya vəhşicəsinə işgəncə verən erməni canilərindən biri olub.

İstinad : Azvision.az

Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir