Emil Səməndərov dövlətin haqqında verdiyi qərarlara məhəl qoymur-FOTOFAKT

Baxılıb:329
Emil Səməndərov dövlətin haqqında verdiyi qərarlara məhəl qoymur-FOTOFAKT

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri Xırdalan şəhərinin M.Ə.Rəsulzadə küçəsində, vətəndaş Emil Səməndərovun icazə sənədi olmadan naməlum təyinatlı obyekt tikməsiilə bağlı məlumatlar oxuculara məlumdur. Bu xəbərlərdən sonra  qanunsuz tikinti işlərinin dayandırılıması və obyektlərin nəzarətə götürülməsi barədə qərar çıxarıldığı bildirildi. Amma nə hacət…

AzTimes.az saytı olaraq vətəndaş müraciətləri üzrə ərazidə çəkiliş apararkən MTK-nın  tikintini bazar günü də davam etdirdiyinin şahidi olduq. Bundan əlavə ana yolun zəbt edilərək tikinti sahəsinin artırılması qeydə alınıb ki, bu da avtomobil yolunun daralmasına, nəticədə qəzaların baş verməsinə gətirib çıxarıb. Biz orada çəkiliş edən zaman artırma Şəkinin qəza nəticəsində dağılmasının şahidi olduq.
MTK aidiyyatlılarından açıqlama almaq istədikdə isə, əraziyə böyük bir cins itin bağlandığının şahidi olduq.Bütün səylərimizə baxmayaraq E.Səməndərov sorğumuzu cavablamaqdan yayındı.


Qeyd edək ki, E.Səməndərovun adı bir neçə qalmaqallı olayda hallanıb. Onun rəhbəri olduğu “Proqress 2016” MTK mənzili bir neçə nəfərə satmaqda ittiham edilərək barəsində istintaq hərəkətlərinə başlandığı xəbəri yayılıb. Vətəndaşların şikayətindən sonra “Proqress 2016” MTK-nin məsələsi hüquq-mühafizə orqanlarının diqqətindədir.

Pərvin Abışova AzTimes.az


Abunəlik