40 gün müddətinə atəşkəs üçün… – İsrail tələbində israrlıdır

Baxılıb:46
40 gün müddətinə atəşkəs üçün… – İsrail tələbində israrlıdır

İsrail Qəzza zolağında 40 gün müddətinə atəşkəsin bərqərar olunması müqabilində 11 girovun azad edilməsini istəyir.

İsrail ABŞ vətəndaşlığı olan İsrail əsgəri İdan Aleksandr və daha 10 girovun buraxılmasında israrlıdır.

“The Jerusalem Post” bildirir ki, İsrailin digər tələbi isə Fələstinin radikal HƏMAS hərəkatının oğurlanan və Qəzzada saxlanılan girovların statusu barədə tam məlumat verməsidir.

Hazırda HƏMAS yalnız beş girovu azad etməyə razıdır, İsrail isə bunu rədd edib.


Abunəlik