Azərbaycan Vəkilliyinin beynəlxalq tanınması ölkəmizdə insan hüquqlarının təminatının artmasının təzahürüdür

Baxılıb:188
Azərbaycan Vəkilliyinin beynəlxalq tanınması ölkəmizdə insan hüquqlarının təminatının artmasının təzahürüdür

Turqay Hüseynov
h.e.d., AR VK Rəyasət Heyətinin üzvü

Son 5 il ərzində Azərbaycan Vəkillər Kollegiyası tərəfindən həyata keçirilən üğurlu fəaliyyət həm vəkillik institutunun dövlətdaxili ədalət mühakiməsi müstəvisində öz yerinin möhkəmlənməsi, cəmiyyət tərəfindən müstəqil və insan hüquqlarının təminatçısı kimi dəyərləndirilməsi, həmçinin beynəlxalq ikitərəfli və çoxtərəfli əməkdaşlığının genişlənməsi ilə müşahidə olunmaqdadır. Təsisatın mövcud faydalı durumu vəkillərin (hüquqşünasların) aparıcı beynəlxalq birlikləri tərəfindən müsbət qəbul edilməsi və beynəlxalq tələblərə uyğun kimi dəyərləndirilməsi ilə fərqlənməkdədir. Şaxəli beynəlxalq əməkdaşlıq istiqamətlərində Avropada fəaliyyət göstərən ixtisaslaşmış qurumlarla əlaqələrin dərinləşməsi önəmli yer tutmaqdadır. 16 may 2022-ci ildə baş vermiş hadisə,məhz Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına (CCBE) üzlüyə qəbul edilməsi,isə bu uzun yolun kulminasiya nöqtəsi olmuşdur. Azərbaycan Vəkilliyinin beynəlxalq müstəvidə fəaliyyət göstərən həmin qurum tərəfindən tanınması aparılan islahatların dahada dərinləşməsinə və qurumun nüfuzunun artmasına səbəb olacağı danılmazdır.

Bir milyondan artıq hüquqşünasları birləşdirən CCBE Avropa və digər beynəlxalq qurumlar qarşısında ümumi maraqları naminə Avropa vəkilləri və hüquq cəmiyyətlərini təmsil edir və müntəzəm olaraq öz üzvləri ilə Avropa institutları, beynəlxalq təşkilatlar və dünyanın digər hüquqi təşkilatları arasında əlaqə rolunu oynayır.Peşənin tənzimlənməsi, qanunun aliliyinin, insan hüquqlarının və demokratik dəyərlərin müdafiəsi CCBE-nin ən mühüm missiyalarıdır. Xüsusi narahatlıq doğuran sahələrə ədalət mühakiməsinə çıxış hüququ, ədalət mühakiməsi proseslərinin rəqəmsallaşdırılması, qanunun aliliyinin inkişafı və peşənin əsas dəyərlərinin təbliği və müdafiəsi vasitəsilə müştərinin müdafiəsi daxildir.CCBE həmçinin müasir ünsiyyət vasitələrindən istifadə etməklə Avropa vətəndaşlarının ədalət mühakiməsinə çıxışını yaxşılaşdırmaq üçün çatımlılığı artırmaq və kömək etmək məqsədi daşıyır.

Göründüyü kimi, CCBE üzvlüyə qəbul edilməsi meyarları məzkur prosesin uğurla nəticələnməsində ölkədə aparılam hüquq islahatlarından da qaynaqlanması danılmazdır. Məhz vəkillik peşəsinin və məhkəmə sisteminin müstəqilliyi, vəkil-müştəri məxfiliyi, ədalət mühakiməsinə çıxış, qanunun aliliyi, və bütün vəkillərin təqib və maneə olmadan öz peşələrini sərbəst şəkildə icra etmək imkanı əsas meyarlandandır. Odur ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının CCBE üzv qəbul edilməsi bu şəraitin artıq respublikamızda mövcudluğunu ehtiva edir və bundan sonra üzvlük statusunun artmasında öz töhvəsini verəcəyinə asas verir.

CCBE-dəüzvlük Azərbaycan Vəkillər Kollegiyasının gələcək inkişafını təmin etməklə yanaşı həmin təsisatın müzakirə masalarında yaxından iştirak etməsini, faydalı birgə layihələrin həyata keçirilməsini, insan hüquqlarının müdafiəsinə yönəlmiş beynəlxalq müdafiə müxanizmlərinə çatımlılığının təmin edilməsini, vəkillik peşəsinin dəyərlərininin qorunmasını və nəticə etibarı ilə insan hüquqlarının müdafiəsini təmin edəcəkdir.

Fürsətdən istifadə edərək bir daha bu tarixi prosesin uğurla nəticələnməsində iştirakı olan dəyərli həmkarlarımıza öz dərin minnətdarlığımı bildirir və gələcək fəaliyyətimizə uğurlar arzulayıram.


Abunəlik