Qusarda BİYABIRÇILIQ! Qonşu yaşlı qadını döydü -VİDEO

Baxılıb:472
Qusarda BİYABIRÇILIQ! Qonşu yaşlı qadını döydü -VİDEO

AzTimes.az xəbər verir ki,Qusar rayonunun Avaran kəndində illərdir iki ailə arasında torpaq üstündə davam edən münaqişə səngimək bilmir. 22 may 2022- ci il tarixdə qonşunun məhkəmə gələn yolun yarısını zəbt edərək tikinti işi aparmasına etiraz edən Abdullayeva İspahi Hörmət qızı
Qaraxanov Batman Qaraxan oğlu və onun həyat yoldaşı tərəfindən şiddətə məruz qalıb. Məhkəmənin ekspertiza baxışına qədər tikintinin saxlanılması qərarına heç bir aidiyyatı qurum reaksiya vermir. Qonşular iddia edir ki, münaqişə zamanı dəfələrlə sahə müvəkkili Rəşad bəyə müraciət etsək də, o məsələnin yoluna qoyulması, asayışın bərpa edilməsi barədə heç bir iş görməyib. Qarşı tərəf isə iddia edir ki, sahə müvəkkili onları müdafiə edir. Buna görə də heç bir cəhdimiz alınmayacaq. Sözügedən sahə müvəkkili ilə telefon əlaqəsi saxladıq. Rəşad bəy İsbahi Abdullayevanın onu bezdirdiyini, dəfələrlə zəng etdiyini dedi.” Onlar hələ gedib zəbt etdikləri 15 sot torpağı qaytarsınlar, sonra məni ora-bura şikayət edərlər”.
Nəzərinizə çatdıraq ki, DİN mülk məsələləri həll edən qurum deyil. Ümidvarıq ki, sahə müfəttişinə vəzifəsini izah edən qurum əməkdaşı tapılar.
Kənd bələdiyyəsi isə həll üçün heç bir addım atmır. Gözdən uzaq, könüldən iraq bu kənddə hər şey cəngəllik qanunları ilə idarə olunur.


Abunəlik