İDDİA: Park direktoru Hirkanı viran qoyub- VİDEO
Hirkan Milli parkında özbaşnalıq davam edir. Parkda qırmızı kitaba düşmüş ağacların üstünlük təşkil etməsi burada diqqət və nəzarətin daha güclü olmasına zəmin yaradır. Amma nazirliyin yüksək postlarında əyləşmiş “dayılarının” himayədarlığına sığınan ,bu sahəyə heç bir aidiyyatı olmayan Aqil Sucayevin
direktor təyin edilməsindən sonra vəziyyət daha da acınacaqlı hal alıb. AzTimes.az xəbər verir ki, Hirkan milli parkında çəkiliş aparan qadın təbiətə yönəlmiş soyqırımı çılpaqlığı ilə ortaya qoyub. Çox maraqlıdır ki, belə videolar, şikayət məktubları dəfələrlə istər AzTimes.az,istərsə də digər saytlarda ictimailəşdirilməsinə baxmayaraq heç bir qurum məsələyə reaksiya vermir. Əminik ki, nə zamansa”ədalət çomağı ” park direktorunun da kürəyinə endiriləcək. Amma bir sual düşündürücüdür: O zamana qədər parkda kəsilməyən ağac qalacaqmı?