İmişli Suvarma Sistemləri İdarəsinin rəisi Nizami Məmmədova dur deyən olacaqmı?-MÜDHİŞ KORRUPSİYA

Baxılıb:659
İmişli Suvarma Sistemləri İdarəsinin rəisi Nizami Məmmədova dur deyən olacaqmı?-MÜDHİŞ KORRUPSİYA

İmişli Suvarma Sistemləri İdarəsinin fəaliyyətində çoxsaylı nöqsanlar mövcuddur. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Idarənin rəisi Nizami Məmmədov fəaliyyətində ciddi qanun pozuntularına yol verir. Belə ki, hələ ötən il melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilməmiş, görülən işlər isə keyfiyyətsiz və az effektli olmuşdur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülmüşdür. Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, Nizami müəllimin işçiləri yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. 
Həmçinin məlmatlara bildirilir ki, idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına da geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Həmin texnikanın yeniləri ilə əvəz olunması isə aydındır ki, dövlətə böyük xərclər bahasına başa gəlir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texnik xidmət də çox aşağı səviyyədədir. Texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur. 
İmişli rayonunda min hektarlarla suvarılan torpaq sahələri mövcuddur. Bütün bu ərazinin suvarma və meliorasiya işlərini vaxtında və yüksək səviyyədə təmin edə bilmək üçün rayonun Suvarma Sistemləri İdarəsinin bütün resurs və imkanları daima səfərbər vəziyyətdə olmalıdır. Bu hazırlığın əsas məsuliyyəti isə əlbəttə ki, idarənin rəisi  Nizami Məmmədovun üzərindədir. Təəssüflər olsun ki, bu gün biz hələ də öz şəxsi maraq və mənafeylərini ümumi işimizdən, hətta milli mənafelərdən belə üstün tutan məmurların yarıtmaz fəaliyyətləri ilə tez-tez rastlaşmalı oluruq. Özünü illərlə Meliorasiya və Su təsərrüfatı ASC-nin kecmiş sədri Ə.Əhmədzadənin yaxın adamı kimi qələmə verən Nizami Məmmədov da məhz belə məmurlardandır. 
Oxuinfo.az-a rayondan daxil olan başqa məlumata görə, rayonun Suvarma Sistemləri İdarəsində korrupsiya halları baş alıb gedir. Bildirilir ki, idarənin rəisi Nizami Məmmədov Melerasiya və Su Təssərrüfatı Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Mikayılovu də aldadır. Belə ki,dövlətin rayonda suvarma sistemlərini yeniləmək və təmir etmək üçün ayrdığı büdcə vəsaitini müxtəlif yollarla talan edir. 
Məlumatda bildirilir ki, Nizami müəllim sovet dönəmindən qalmış və istifadə vaxtı çoxdan bitmiş su nasoslarını sadəcə rəngləməklə kifayətlənir və sənədlərdə həmin nasosların yenilənməsi göstərilir. Adətən su nasoslarının təmiri üçün 1000-2000 manat xərcləndiyi halda sənədlərdə həmin məbləğ fantastik rəqəmlərlə şişirdilir ki, bu pulla bir neçə yeni su nasosu almaq mümükündür. 
Bildirilir ki, təkcə keçən il dövlət büdcəsindən rayondakı sukanalların təmizlənməsi ücün ayrılan on min manatlarla pul sadəcə silinib, amma su kanallarında son 10 il müddətində heç bir təmizləmə işləri aparılmayıb. Hər hansı bir iş görülübsə belə, bu ancaq kosmetik xarakterli olub. Bu üzdən suyun əkin sahələrinə satdırılmasında ciddi problemlər yaranır. Bundan başqa kanalların təmizlənməsi üçün ayrılan yanacaq və sürtkü yağlarının pulu da Nizami Mımmədovun şəxsi kassasında yoxa çıxır. 
Həmçinin məlumatda o da bildirilir ki, su kəndlilərə dövlət qiymətindən üç dəfə baha qiymətə satılır. Pul əvvəlcədən nağd olaraq alınır, bir çox hallarda kəndilərə yetəri qədər su verilmir. Qəribədir ki, suyun əkin sahələrinə çatdırıla bilməməsi kanalların dolması ilə əlaqələndirilir. İdarə işçiləri açıq şəkildə əhaliyə bildirirlər ki, gedin kanalları təmizlətdirin. Halbuki su kanallarının təmizlənməsi üçün dövlət büdcəsindən ayrılan pulları Nizami Məmmədov mənimsəyir. 
Bildirilir ki, rayonun vəzifəli və varlı şəxslərinə su ilk başda verilir. Ona görə də kasıb əhalinin əkin sahələri bütün yay ayları boyunca sudan korluq çəkir. Bu zaman kasıb əhalinin tək dolanışıq yerinin həmin əkin səhələri olduğunu heç kim vecinə belə almır. 
Məlumatda Nizami Məmmıdovun, adı  işdə olub özləri isə heç idarənin yolunu belə tanımayan “ölü canlar əməliyyatı”ndan da bəhs olunur. 
 Xatırladaq ki, İmişli Suvarma Sistemləri İdarəsinə uzun illərdir Nizami Məmmədov rəhbərlik edir. Nizami Məmmədov bölgədə milyoncu, oğlu isə avtoş  kimi məhşurdur. 
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 
Növbəti sayımızda: 1. İmişli SSİ- nə məxsus olan texnikalar kimlərə icarəyə verilib?2.İdarəyə verilən kompüyter avadanlıqları necə yoxa çıxıb?


Abunəlik