Məhz Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi qiymət verilib

Baxılıb:169
Məhz Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi qiymət verilib

Məhz Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi qiymət verilib

Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törədikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün indiyədək görülən və görülməsi vacib olan işlər barədə ətraflı məlumatı bütün dünyaya çatdırılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədilə işlərə başlanılıb. Bu işlərin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarlarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsl iç üzü göstərilir. Bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu xüsusi vurğulanır.  Bu qanlı faciə zamanı dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, cəsədlər təhqir olunub, 1275 nəfər girov götürülüb. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu gün Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymətini alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü işlər xüsusilə diqqət çəkəndir:  Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası nəticəsində dünya xalqları, onların parlamentləri Xocalı soyqrımı ilə bağlı geniş məlumatlar əldə edə biliblər. “Xocalıya ədalət” kampaniyasının apardığı uğurlu təbliğatın nəticəsidir ki, bir sıra ölkələr, eləcədə ABŞ-ın 20 ştatı artıq Xocalı soyqrımnı rəsmən tanıyıblar.

Davud İlkin, Oxuinfo.az-ın Redaktor müavini

Dünya ictimaiyyəti Xocalı faciəsinin bəşəriyyətə qarşı törədilmiş bir cinayət olduğunu etiraf etməlidir

Xüsusi vurğulamalıyıq  ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldilmişdir. O, zamanlar Ermənistanda mühüm dövlət postları tutanlar – Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də Robert Koçaryan və digərləri baş vermiş soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına, əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Bütün bunlarla yanaşı,  ölkəmizdəki qaçqın və məcburi köçkünlərin, o cümlədən Xocalıdan olan soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması barədə görülmüş işlər də danılmazdı. Bu gün Xocalıdan olan soydaşlarımızın da problemlərinin həllinə hərtərəfli diqqət və qayğı göstərilir. Elə bunların nəticəsidir ki, hazırda Xocalıdan olan məcburi köçkünlərin əksəriyyəti yeni mənzillərlə təmin olunub.  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın gərgin fəaliyyətinin, həmçinin dövlətin bu yöndə hərtərəfli dəstəyinin nəticəsidir ki, artıq əksər dövlətlər bu faciə ilə bağlı həqiqətlərdən xəbərdardır. Ölkəmizin yeritdiyi məqsədyönlü siyasət sayəsində müəyyən nəticələr əldə olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan «Xocalıya ədalət» kampaniyasına artıq dünyanın bir sıra ölkələri qoşulub və təbliğat xarakterli işlər görürlər. Bütün bunlar onu göstərir ki, haqlı səsimizi və tələbimizi dünyaya eşitdirə bilirik.   Belə ki,internet medianın üstünlük təşkil etdiyi bir dövrdə yaşadığımıza görə, soyqırımı ilə bağlı məlumatları daha çox bu sahədə, sosial şəbəkələrdə yaymaq səmərəli nəticə verə bilər.Özümüzə düzgün hədəf, düzgün istiqamət götürsək, gördüyümüz işləri sosial mediada təbliğ etsək, səsimiz daha da uzaqlara çatar. Dünya ictimaiyyəti Xocalı faciəsinin bəşəriyyətə qarşı törədilmiş bir cinayət olduğunu etiraf etməlidir. Bu qətliama göz yummaq cinayətkara yardım etməkdən başqa bir şey deyil./oxuinfo.az

AzTimes.az


Abunəlik