Muxtar Babayevin diqqətinə – Oksigen bazamız artıq tükənmək üzrədir – ŞOK VİDEO
Artıq bir neçə aydır ki, Aqil Sucayevin flora və faunamız zəngin olan Hirkan Milli Parkında törətdiyi “ekoloji terror”la bağlı kifayət qədər faktlarla (videoçəkiliş, fotoşəkil və s) məlumat vermişdik. Amma çox təəssüflər olsun ki, aidiyyatı orqanlar əsrimizin ən böyük soyqırımlarından olan, bu ” ekoloji soyqırım”a göz yumur və heç bir münasibət də bildirmirlər.
Redaksiyamıza Lənkəran rayon sakini Əliyev Hümmət Şahan oğlu tərəfində (çoxlu videomüraciətlərlə) şikayət daxil olub. H.Əliyevin dediyinə görə, Hirkan Milli Parkında “ekoloji terror”lar səngimir. Milli Parkın direktoru Aqil Sucayev oranı öz şəxsi gəlir mənbəyinə çevirib. Milli Parkın müxtəlif dolaylarında
İridiametirli (..70, 80, 120 sm) ağacları kəsditdirərək “şpal” halına saldırıb sexlərə satdırır və bu çirkin işi elə arxayıncasına görürlər ki, elə bil, öz şəxsi malıdır.
Gecə-gündüz sözügedən ərazilərdə “soyqırım” işləri gedir.
Şikayətçi digər bir videomüraciyətində bildirir ki, Milli Parkın 22a saylı dolayında qəza vəziyyətində olan ağacları ağır texnikalarla tros bağlayıb aşırdırlar. Aşırdandan sonra adını da qoyurlar guya külək açırdıb.
Şikayətçi Ölkə Başçısı cənab Prezidentdən və Ekologiya naziri Muxtar Babayevdən kömək istəyir.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.