“AZƏRSU” ASC-nin MÜDİRİ KAMAZ AVTOMOBİLİNİ DƏDƏ MALI KİMİ SATIR- BAŞ NAZİRİN XƏBƏRİ YOX

Baxılıb:450
“AZƏRSU” ASC-nin MÜDİRİ KAMAZ AVTOMOBİLİNİ DƏDƏ MALI KİMİ SATIR- BAŞ NAZİRİN XƏBƏRİ YOX

Adətən görmüşükdük ki, Azərbaycanda  hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı əvvəlcədən açıqlanır və tarix qeyd edilir Və  hərraca çıxarılan nəqliyyat vasitələri dövlət orqanlarına məxsus olur.
Və qanunvericiliyə uyğun olaraq  sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud  e–emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

  1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
  2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)

Elanın sonunda isə hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı ilə aşağıdakı cədvəl ictimaiyyətə təqdim edilir.
Amma deyəsən “Azərsu”   ASC-nin Ağcabədi Regional İdarəsi ortalıqda olan qanunvericiliyi bir kənara qoyaraq özləri hərrac keçirmək qərarına gəliblər. Belə ki, Ağdam Su –Kanal idarəsinin balansına verilmiş KAMAZ markalı avtomobil dünəndən sonra Agcabədiyə gətirilərək Regional İdarə rəisi cənab Zahid müəllim tərəfindən əvvəlcədən elan olunmadan, 10 %-lik behin hesaba köçürülməsi baş vermədən sürücülər arasında bu gün, 16 fevral , sat 12-dən etibarən hərraca çıxarılıb. Dünən isə həmin Zahid müəllim avtomobilə sahib olmaq arzusunda olan qazilər üçün brifinq keçirərək bildirmişdir ki, guya bu avtomobili sabahdan Şuaya qaytaracaqmış. Kor-peşiman evlərinə qayıdan sürücülər bu gün eşidiblər ki, “düzdanışan “ Zahid müəllim bu gün ilkin qiyməti 3000 manat elan etməklə hərraca gizli start veribmiş. Hazırda hərrac davam etməkdədir. Və qiymət auksionda iştirak edənlər tərəfindən artıq 4250 manatadək təklif qalxıb. Zahid müəllim isə hələlik tələsmir. Kim çox pul təklif etsə KAMAZı ona verəcəyini və təklif edilən pulu dədəmalı kimi yarısını bölüb “Azərsu” ASC “şefi”nə göndərəcəyini bildirmişdir. Halal olsun, cənablar!  Kişilər pul qazanır, baş nazirin xəbəri yox. /İfade.com

AzTimes.az


Abunəlik