Bundan Sonra Çətin Ki, Fərid Qayıbov, Qusar Olimpiya Idman Kompleskinin Direktoru Məcid Məcidovla Işləsin-Gəlişmə
AzTimes.az ” “Xəbəral.az”-a istinadən xəbər verir ki, Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən idman ictimaiyyətini narahat edən bir sıra mühüm məqamlara toxundu. Dövlət başçısı idman sahəsində buraxılan nöqsanların ciddi araşdırılmasını və təhlillər aparılmasını vacib saydı.
“Xüsusilə Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olmuşdur və bütün federasiyalarda mövcud olan vəziyyət ciddi təhlil edilməlidir. Deməli, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidir”, – Prezident bildirib. Dövlət başçısı onu da əlavə edib ki, son Olimpiya Oyunlarında medal qazananlar veteran idmançılardır. Onların arasında gənc nəslin nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir: “Necə ola bilər ki, nəsillər arasında belə bir məsafə yaranır? Son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisi geniş vüsət almışdır, təkcə bölgələrdə 50-yə yaxın idman-olimpiya kompleksimiz fəaliyyət göstərir. Onların fəaliyyəti ciddi təftiş edilməlidir, orada məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, gəlmirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir?
Başlayaq şimaldan. 2008-ci ildən fəaliyyət göstərən Qusar olimpiya idman kompleskinin direktoru Məcid Məcidov deyir ki, mərkəzə 1 ay ərzində 2 mindən çox idmançı gəlir.
Məcid müəllim, səsləndirdiyiniz statistika göz oxşayır. Amma burada başqa əmma var. Qarşısında dayandığınız kompleksin qapısından daxil olan 2 min idmançıdan hansı oradan milli komandanın üzvü kimi çıxıb?
2008-ci ildən fəaliyyət göstərən Qusar olimpiya idman kompleskinin problemləri bununla bitmir.Qusar rayonu ölkəmizin Turizim mərkəzlərindən sayıldığından, insanların çoxu istirahət üçün məhz bu rayona üz tutur.
Əsasən hamının görmək üçün yollandığı Şahdağ kompleksində qiymətlərin çox baha olması,gecə qalmaq üçün, kasıb təbəqə üz tutur Qusar olimpiya idman kompleskinə.Çünki,”Şahdağ” Kompleksi kasıb-kusub yeri deyil… – “Hər şey od qiymətinə!”Xizəyin də qiyməti elə qiymətdi ki gedib Türkiyədən o qiymətə 3 dənə xizək alaram. Sistemi elə qurublar ki, xizəyə bilet almasan, kanatdan istifadə edə bilməzsən.
İndi hər adamın ora ödəyəcək 100-150 manatı yoxdur axı….
Heç nəyi başa düşmürlər… Hər şey də od qiymətinə!”
Mənbənin Xəbəral.az-a verdiyi məlumata görə, Qusar olimpiya idman kompleski də ürək açan deyil.
Gələn qonaqlardan çox vaxtı Covid pasportu tələb olunmur.Tələb olunduğu halda çox səhlənkarcasına yoxlanılır.
Bildiyimiz kimi, bütün dünya Coronavirusla mübarizə aparır.O cümlədən Azərbaycan Coronavirusla çox aktiv mövqe sərgiləyir.
Virusun yayıldığı bir dönəmdə, Qusar olimpiya idman kompleskinin bu cür səhlənkarlığı bizdə məyusluq hissi yaratdı.
Çox güman, Xəbəral.az saytının bu yazısından sonra Gənclər və İdman Naziri Fərid Qayıbov çətin ki, Qusar olimpiya idman kompleskinin direktoru Məcid Məcidovla yollarını ayıracaqdır!?
Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq.
AzTimes.az