Salyanın Deputatı Fəzail Ağamalı, baş vermiş yanğın nəticəsində Xəstəxanada olan Qazi ailəsini ziyarət etdi- FOTOLAR

Baxılıb:314
Salyanın Deputatı Fəzail Ağamalı, baş  vermiş yanğın nəticəsində Xəstəxanada olan Qazi ailəsini ziyarət etdi- FOTOLAR

AzTimes.az saytı xəbər verir ki, Millət Vəkili Fəzail Ağamalı, Salyan rayonu Qarabağlı kəndində fərdi yaşayış evində baş vermiş partlayış nəticəsində xəsarət alan və Bakı şəhəri 5 saylı klinik xəstəxanasına (Respublika yanıq mərkəzi) yerləşdirilən, Qurbanov Zaur Mikayıl oğlu və həyat yoldaşı Qurbanova Şəfəq Əli qızını  ziyarət edib.
Bildiyiniz kimi, 07.02.2022-ci il tarixində Salyan rayonu Qarabağlı kəndində fərdi yaşayış evində partlayış baş vermiş və bir ailənin üç üzvü müxtəlif yanıq bədən xəsarət almışdı. Xəstələr, Salyan Rayon Mərkəzi xəstəxanasına yerləşdirilmiş, ilkin tibbi yardım göstərildikdən sonra, birinin vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılmış, digər iki nəfərin isə, vəziyyəti orta ağır hesab edildiyi üçün, Həkim nəzarətində Bakı şəhəri 5 saylı Klinik Xəstəxanasına göndərilmişdi.
Hadisə baş verən gündən Fəzail Ağamalı ailənin səhəti ilə yaxından maraqlanmış və ailəyə lazımı köməklikləri göstərilməsi üçün tapşırıqlarını vermişdir.
Nəzərinizə çatdıraq ki, Ailənin bir oğul övladı Mikayıl Qurbanov müharibədə iştirak etmiş və iki dəfə yaralanmışdır.

Qeyd edək ki, Fəzail Ağamalı, oğlu Elçin Ağamalı və qızı Günay Ağamalı, yanğında xəsarət alan ailəyə öz qanlarındanda lazımı miqdarda veriblər.

Millət Vəkili Fəzail Ağamalıya təşəkkür edirik!

//Kanal4.az


Abunəlik