Aztv-də 20 yanvar biabırçılığı – VİDEO

Baxılıb:647
Aztv-də 20 yanvar biabırçılığı – VİDEO

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanından Aztv-nin müxbiri canlı bağlantı edib. Canlı yayım da bir neçə dəfə “Beynəlxalq hüzün günü” deyərək özünü gülməli vəziyyətə salıb.

Press.az xəbər verir ki, fikrini doğru-düzgün çatdırmağı bacarmayan müxbir xanım ” əstəğfürullah ” və digər ifadələrdən də istifadə edib.

Azərbaycan Dövlət Televiziyanın belə bir gündə peşəkar müxbirlərlə canlı yayıma çıxmağı hamıdan öncə mənəvi borcudur.

Son zamanlar sosial şəbəkə və bir çox mətbuat saytlarında Aztv- nin tənqid olunması heç də haqsız deyil.

İşini itirən bir çox peşəkarların yerini indi bu cür ” beynəlxalq hüzn günü ” deyən müxbirlərin alması ana televiziyada xeyli “inkişaf” ın və “kreativ” liyin olduğunu göstərir.

Qeyd edək ki , təqdim etdiyimiz video sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.

Həmin videonu sizlərə təqdim edirik:


Abunəlik