34 yaşlı kişinin göldə meyiti tapıldı
Hacıqabul rayonunda 34 yaşlı şəxs göldə boğulub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb
Qeyd olunub ki, Nazirliyin “112” qaynar telefon xəttinə Hacıqabul rayonunun Ələtli kəndi ərazisində yerləşən süni göldə bir nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar, dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində göldə batmış 1991-ci il təvəllüdlü Elman Teymurşah oğlu Nuriyevin meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
