Nəriman Nərimanov küçəsinin sakinləri prezidentdən kömək istəyirlər

Baxılıb:252
Nəriman Nərimanov küçəsinin sakinləri prezidentdən kömək istəyirlər

Prezident cənab İlham Əliyev hər dəfə Nazirlər Kabinetində keçirdiyi müşavirədə əhalinin ən ağrılı yerlərindən biri olan qaz probleminə xüsusi diqqət göstərib. 

SOCAR-ın nəzdində olan “Azəriqaz İstehsalat Birliyi”nin (İB) fəaliyyətini çox sərt tənqid edən Prezident cənab İlham Əliyev deyib: “Mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və maksimum şəffaflıq, ədalət olmalıdır. Yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm də qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır…” 

Prezidentin yerində və dəqiq deyilmiş bu sözləri “Azəriqaz” İB-nın baş direktoru Ruslan Əliyevin işini yarıtmadığının təsdiqidir. Bu da sənə gənc kadr. Hərçənd R.Əliyev  çox gəncdir və ona görə də çox soyuqqanlı və heç nəyi vecinə almır
. Axı mətbuat və saytlarda yarıtmaz fəaliyyətindən, onun bölgələrdəki işçilərinin korrupsiyaya yol verməsindən, sayğac dəyişdirilməsi zamanı abonentlərə artıq pullar yazılmasından və sair qanunsuzluqlar haqqında müxtəlif aylarda, illərdə çox kəskin və faktlarla dolu yazılar dərc olunub. Əgər vaxtında göstərilən nöqsanlara, yazılan tənqidlərə əhəmiyyət verilsəydi, Prezident bu qurumun rəhbərliyini belə sərt tənqid etməzdi. 
Regionlarda “Azəriqaz” İB-nin tabeliyində olan qurumların əməkdaşlarından əhali boğaza yığılıb, desək məncə səhv etmərik. Sayğaca müdaxilə adı ilə “Azəriqaz” İB-nin rəsmiləri xalqın, sözün birbaşa mənasında, qanını sorurlar. Dövlət tərəfindən nə qədər vəsait ayrılsa da nəinki Azərbaycanın rayonları, kəndləri, hətta Bakının qəsəbələrinin, bağlarının tam qazlaşması mümkün olmayıb. Soyuq havalar başlayan kimi isə, qazın verilməsində fasilələr, zəifləmə və insanların dəm qazından boğulma faktları artıq adi hal alıb. Amma “Azəriqaz” İB-nin rəhbərliyi bütün bunlara görə heç bir məsuliyyət daşımır. Əksər vaxt qazı emal etmədən istehlakçıya verilməsi, dəm qazından boğulmalarda böyük rol oynayır. İndiyə qədər dəm qazından boğulub, dünyasını dəyişən hansı insanın ailəsinə “Azəriqaz” İB kompensasiya ödəyib? Bir dənə də olsun, belə bir fakt yoxdur. Axı emal olunmuş düzgün, yəni standartlara uyğun qaz əhaliyə verilsə, bu qədər də dəm qazından boğulmalar olmazdı. Qaza xüsusi maddə vurulmalıdır ki, qaz sızanda onu hamı hiss edə bilsin. Amma çox təəssüf ki, bu maddə vurulmadığından, sızan qaz hiss olunmur və nəticədə boğulma halları baş alıb gedir. Əgər kimsə məhkəməyə müraciət etsə belə, “Azəriqaz” İB-nin əhali qarşısında heç bir öhdəliyi olmadığı üçün hər hansı məsuliyyət də daşımayacaq. Necə deyərlər, sudan quru çıxacaq.   “Azəriqaz” vətəndaşlarla müqavilə bağlayır, lakin üzərinə heç bir öhdəlik götürmür. Ev partlasın, yanğın olsun, qaz kəmərini kimsə kəssin, dəyişdirilsin, “Azəriqaz” İB-nin vecinə də deyil. Ötən müddət ərzində bir neçə partlayış baş verdi. Amma “Azəriqaz” günahkar olmadı. Niyə? Çünki heç bir öhdəlik üzərinə götürməyib”.
Dünyanın heç bir yerində belə bir hal yoxdur ki, müqavilə bağlanarkən istehsalçı ilə istehlakçı arasında qarşılıqlı öhdəlik olmasın. Yəni birtərəfli qaydada müqavilə bağlansın. Bütün öhdəliklər abonentlərin üzərinə yükləndiyindən vətəndaşlarla “Azəriqaz” İB arasında ciddi narazılıqlar yaranır. Mətbuatdan və saytlardan da məlum olur ki, “Sayğaca müdaxilə” bəhanəsi ilə hər ay minlərlə abonentə külli miqdarda cərimələr yazılır və bu cərimələr bəzən heç nəylə əsaslandırılmır. 
“Azəriqaz” İB-nin bu cür kütləvi özbaşnalığına qarşı minlərlə abonent məhkəməyə müraciət edib və nə qədər qəribə olsa da, istisnasız olaraq, qərarların hamısı abonentlərin xeyrinə olub. 

“Azəriqaz” İB  əleyhinə olan  məhkəmə qərarından xəbərsizmi olub? Əlbəttə yox! Sadəcə minlərlə belə qanunsuzluğun qarşısında bu qədər fakt ” Azəriqaz” üçün həddindən artıq az olduğuna görə əhəmiyyət verməyib. 

Nöqsan birdimi, ikidimi, hansı birini deyəsən?!  İmişli rayonu N.Nərimanov küçəsinin sakinləri də havalar soyuyanda bəri  qazın təziqinin az olmasından şikayətlənirlər. Abonentlər bildirirlər ki, dəfələrlə İmişli QİS- ə,  Səlyan reginal  qaz idarəsinin  müdiri Namiq müəllimə müraciət etsək də heç bir xeyiri yoxdur. Mexaniklər gəlib yoxlayır və abonentləri günahlandırırlar ki, sizin xəttiniz tutulub. Məgər adıçəkilən küçədə 100- dən çox abonet var bunların hamısının xətti tutulubmu? Sonda sakinlər bildirdilər ki, artıq boğaza yığılmışıq evdə xəstəmiz,  körpə uşaqlarımız var mətbuat  vasitəsi ilə cənab Prezidentimizdən kömək istəyirik. Cənab Prezident xahiş edirik bizə bu işdə köməklik göstərəsiniz. Media işçiləri olaraq təəssüf hissi ilə bildirmək istəyirik ki,məmurların vəzifələrinin öhdəsindən layiqincə gələ bilməmələri səbəbindən sadə vətəndaşlar xırda məsələlərə görədə məcbur qalıb Cənab prezident İlham Əliyevə müraciət etməli olurlar. Nəzərə alsaq ki, cənab prezidentin son vaxtlar işğaladan azad olmuş  topaqlarımıza tez -tez səfər etməsi görülən işlərlə yerindəcə tanış olması, daxili və xarici siyasətçilərlə görüşlər keçirməsi, ölkə prezidentinin işinin başında olması deməkdir və belə olan halda məmurlar da cənab prezidentdən nümunə götürməli deyillərmi?…


Abunəlik