Deputat AzTV və İTV-dən narazıdır – DEMƏK İSTƏYİRLƏR Kİ, PARLAMENTDƏ CİDDİ MƏSƏLƏ MÜZAKİRƏ OLUNMUR

Baxılıb:226
Deputat AzTV və İTV-dən narazıdır – DEMƏK İSTƏYİRLƏR Kİ, PARLAMENTDƏ CİDDİ MƏSƏLƏ MÜZAKİRƏ OLUNMUR

Milli Məclisin üzvü, BQP sədri Fazil Mustafa AzTV və İTV-nin deputatlar arasında ayrıseçkilik etdiyini bildirir.

AzTimes.az-ın xəbərinə görə, millət vəkili bu barədə açıqlama yayıb:

“”AzTV  xəbər”in Milli Məclisin bu günkü iclasında hazırlanan reportajına baxıram. Müzakirə olunan məsələlərin ardıcıllığı pozulmuşdur. Hamımızın şəklini göstərirlər. Çıxışçıların isə hamısı Yeni Azərbaycan partiyasından olan deputatlardır. Digər partiya təmsilçilərinin bircə çıxışını da vermirlər. Hətta müstəqil deputatların da çıxışını nümunə üçün göstərmirlər.

İTV xəbərlərində də daha qısa süjet hazırlanıb və əhəmiyyətli çıxışlardan heç biri yoxdur. Bir yandan da siyasi partiyalar yığışıb Şuşaya gedirik ki, ölkədə siyasi mədəniyyətin inkişafını camaata göstərək. Ölkə prezidenti siyasi partiyaların rolunu qaldırmağa, siyasi plüralizmin inkişafına çağırış edir, televiziya dəyirmanı da öz ənənəvi dənini üyüdür. Sanki bilərəkdən parlamentin nüfuzunu aşağı salmağa çalışırlar. Demək istəyirlər ki, burada hansısa ciddi məsələ müzakirə olunmur. Halbuki buradakı müzakirələri nümayiş etdirmək həm dövlətin, həm də xalqın marağına uyğundur”./gununsesi


Abunəlik