Vətənə xəyanətin cəzası- Bakıda hərbi sirri içki, bahalı hədiyyə qarşılığında satıb

Baxılıb:1055
Vətənə xəyanətin cəzası- Bakıda hərbi sirri içki, bahalı hədiyyə qarşılığında satıb

Vətənə xəyanətdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Onun xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi bildirilir.

Musavat.com-un əldə etdiyi məlumata görə həmin şəxs 14 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq materiallarında göstərilir ki, təqsirləndirilən M.A (ad və soy ad başlıqları şərtidir) N nömrəli hərbi hissənin baş leytenantı olub.

O, Cinayət Məcəlləsinin 274-cü (Vətənə xəyanət) maddəsi ilə ittiham edilib.

Hökmə əsasən M.A dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq casusluq edib, dövlət sirri təşkil edən məlumatları xarici dövlətə verib.

O, Cinayət Məcəlləsinin 274-cü (Vətənə xəyanət) maddəsi ilə ittiham edilib.Hökmə əsasən M.A dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq casusluq edib, dövlət sirri təşkil edən məlumatları xarici dövlətə verib.İstintaq müəyyən edib ki, M.A xarici xüsusi xidmət orqanının əməkdaşı ilə Bakı şəhərində keçirilən hərbi təlimlər zamanı tanış olub. Ona öz xidmətlərini təklif edərək maddi maraq güdüb.2018-ci ildə Nərimanov rayonu ərazisində xarici xüsusi xidmət orqanının əməkdaşı Andrey Qukla görüşən M.A hərbi təyinatlı rabitə qurğusu barədə ona məlumat verib. Bu məlumatların qarşılığında “Chivas 12” adlı spirtli içkini mükafat şəklində alıb.Növbəti görüş “Gənclik Mall” ticarət mərkəzinin qarşısında baş tutub. Bu dəfə də “Chivas 12” içkisini mükafat şəklində alıb.2019-cu ildə “Çanaqqala” restoranındakı görüş zamanı M.A rabitə qurğularının iş prinsipi, səs əlaqəsi, simsiz idarəetmə və düymələri barədə bir çox məlumatları şifahi şəkildə Andrey Quka bildirib. Bu dəfə ona “Festina” adlı qol saatı və tütün qabı hədiyyə edilib.“Çanaqqala”dakı növbəti görüşdə rabitə qurğularının istifadə kitabçasının elektron formada diskə yazılmış nümunəsini xüsusi xidmət orqanının əməkdaşına verən M.A hədiyyə olaraq “Krovn Royal” adlı spirtli içki alıb.Tərəflər arasında daha bir neçə görüş baş tutub. Növbəti görüşlərdə M.A Bakıda keçiriləcək təlimlər barədə məlumatlar verib. Bunun müqabilində 400 manat, daha sonra 500 manat məbləğində pul alıb.M.A həmçinin hərbçilərin xüsusi telefon nömrələrinin olduğu kitabçanı da əldə edəcəyi barədə vəd verib. 2020-ci ilin iyun ayındakı görüşdə M.A xidmətini başa vuraraq ölkəni tərk edəcəyini deyib və xaricdə də əməkdaşlığını davam etdirəcəyini bildirib. Sonuncu görüşdə də 700 manat mükafat alıb.Məhkəmənin hökmü ilə M.A 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən M.A baş leytenant hərbi rütbəsindən məhrum olunub.Təqsirləndirilən şəxs hökmdən apelyasiya şikayəti verərək əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilməsini istəyib.Qeyd edək ki, M.A istintaqdakı ifadəsində özünü təqsirli bilsə də məhkəmədə fərqli ifadə verərək günahının olmadığını söyləyib.M.A söyləyib ki, saat və digər hədiyyələri Andrey Quk ona bir dost kimi verib.Nağd pul almasını isə M.A belə izah edib: “Azərbaycandan gedəcəyi üçün toyumda iştirak edə bilməyəcəkdi. Buna görə də 700 manat verdi”.M.A ittihamlarla razılaşmadığını söyləyib. Deyib ki, Andrey Quka verdiyi məlumatlar hərbi sirr deyil. Apelyasiya məhkəməsi onun şikayətini təmin etməyib. Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.Qeyd edək ki, M.A Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.//musavatcom


Abunəlik