AZƏRSU Yasamal parkında attraksionlardan pul yığır – VİDEO

Baxılıb:929
AZƏRSU Yasamal parkında attraksionlardan pul yığır – VİDEO

Bakının Yasamal rayonu ərazisində yerləşən eyniadlı parkda attraksionları işlədən sahibkarlar buna görə “Azərsu” Açıq Səhimdar Cəmiyyətinə aylıq icarə haqqı verirmiş.

AzTimes.az-
ın əldə etdiyi məlumata görə, “Lider Te Ve” binasına yaxın yerdə olan Yasamal parkı su anbarının üstündə tikilib və istirahət yerinə “Azərsu” ASC nəzarət edir. Ona görə parkda olan ödənişli attraksionlar üçün onların sahiblərindən aylıq pul yığır.

Bu, ilk dəfə eşidilən məsələdir ki, “Azərsu” ASC artıq parklardan da pul qazanır. Məlumata görə, hər ay Açıq Səhimdar Cəmiyyətin ərazidə yerləşən idarəsinin rəhbərliyinə ödənişlər olunur. Qeyd edək ki, Prezident İlham Əliyev 2014-cü ildə “Azərsu” ASC “+82 Qərb” su anbarının ərazisində yeni salınan “Yasamal” parkının açılışında iştirak edib. Park Yasamal rayonunun Akim Abbasov və Zahid Xəlilov küçələrinin kəsişməsində salınıb.

Parkda iki uşaq oyun meydançası və böyüklər üçün idman meydançası yaradılıb. Bu meydançalarda trenajorlar, müxtəlif əyləncə vasitələri quraşdırılıb.
Amma o demək deyil ki, parkda əyləncə qurğularının işlədilməsinə görə pullar “Azərsu” ASC-nin cibinə getməlidir.//asiya.tv


Abunəlik