3 saylı Uşaq Evinin direktoru valideynlə insident yaşayan tərbiyəçi köməkçisinin ittihamlarına CAVAB VERDİ

Baxılıb:308
3 saylı Uşaq Evinin direktoru valideynlə insident yaşayan tərbiyəçi köməkçisinin ittihamlarına CAVAB VERDİ

Bir muddət öncə 3 saylı uşaq evində tərbiyəçi köməkçisinin valideyn tərəfindən döyülməsi kadrları sosial şəbəkələrdə müzakirə olunmuşdu. Hadisədən dərhal sonra tərbiyəçi köməkçisi tutduğu vəzifədən azad olundu. Məsələdə zərərçəkmiş Gülcan(Fatma) Nağıyeva AzTimes.az saytına açıqlama verərək işdən azad olunmasına etiraz bildirdi, uşaq evinin rəhbərliyinə qarşı bir çox ittihamlar irəli sürdü.
İttihamlara cavab olaraq 3 saylı uşaq evinin direktoru Məhbubə Hüseynova AzTimes.az saytına açıqlamasında bildirib ki, ona qarşı irəli sürülən bütün ittihamlar əsassızdır.

– Gülcan beş yaşından bu müəssisədir . O texnikumda təhsil aldığı dönəm belə daim nəzər-diqqətimiz üzərində olub. 2002-ci ildə ailə həyatı qurub. O zaman da, övladları dünyaya gələrkən də hər zaman qayğımızı əskik etməmişik. Gülcan 2017-ci ildə uşaq evinə işə qəbul olunub. Onun valideynlə insidenti olan gün mən məzuniyyətdə idim . Hadisə barədə mənə əməkdaşlarımız məlumat verdi.Mən məsələni ictimailəşmədən həll etməyə, valideynlə tərbiyəçi köməkçisi arasında olan gərginliyi aradan qaldırmağa çalışsam da Gülcan Nağıyevanın emosional davranışı hər şeyi alt-üst etdi.

G. Tağıyeva işinə bərpa olunması ilə bağlı müraciət edib. Bu dəyərləndiriləcəkmi?
-Ona vəziyyət izah edilib. Biz onu bir müddət başqa işlə təmin olunması ilə bağlı məlumatlandırmışıq. Amma o inadla əvvəlki işini istəyir. Bu isə hal-hazırkı durumda mümkün deyil. Çünki bütün proseslər körpələrin gözü qarşısında baş verib. Uşaq evində olan körpələr onsuz da ailədə yetəri qədər travma alıblar. Biz burada yaratdığımız düzənlə onları bu qara xəttdən çatmağa çalışırıq. Belə hadisələrin onların gözləri qarşısında baş verməsi yolverilməzdir. Bütün bunların unudulması,valideynlərlə arada olan buzların əriməsi üçün zaman lazımdır.
Valideynlər? Axı G.Nağıyevanın bir valideynlə problemi olub?
-Xeyir. Gülcan bir müddət öncə başqa valideynlə də narazılıq yaşayıb. Onda da biz onun “ərköyünlüyünə” göz yumduq. Belə hadisələr dəfələrlə baş verib.
-Gülcan Nağıyeva iddia edir ki, o sizin burada etdiyiniz qanunsuz işləri ifşa etdiyi üçün ona qarşı kampaniya hazırlanıb.
-Nə kimi qanunsuzluqlar?
-O iddia edir ki, siz uşaqlar üçün ayrılan ərzağı satırsınız…
(Gülür)

-Bura dövlət nəzarətində olan bir müəsisədir. Burda yeniyetmələr də var. Onlarda inkişaf sürətləndikcə daha çox qida təlabatı yaranır. Tez-tez yemək istəyirlər. Karantindən öncə bura vətəndaşlar tərəfindən yetəri qədər yardım olunurdu. Amma karantin dönəmi biz müəsisəni tam qapatdıq. Körpələrimizin sağlamlığını qorumaq məqsədilə heç bir yardım qəbul etmədik. Ancaq dövlət ayıran ərzaqla müəssisədə olan balalarımızın təlabatını ödəyirik. Hər kəs hər şeyi görür-aidiyyəti qurumlar da . Sizcə mən belə bir addım atarammı? Bu mənim əqidəm sığacaq bir hərəkət deyil ki, mənə etibar edilən vəzifədən sui-istifadə edim. Əminəm ki, haqq – həqiqət yerini tapacaq.

Pərvin Abışova/AzTimes.az/


Abunəlik