Ermənistan rəsmi olaraq Azərbaycanın tələbini qəbul etdi – Gorus-Qafan yolu buna görə açıldı
Siyasi şərhçi Asif Nərimanlı Gorus-Qafan yolunun açılması ilə bağlı şərh verib.
AzTimes.az onun fikirlərini təqdim edir:
“Danışıqlarda iki nəticə əldə olunub. Birincisi, yolda Azərbaycanın keçid məntəqəsi yaradılıb, həmçinin, ziqzaqvari bloklar qurulacaq; İkincisi, Ermənistan yolun bizim ərazimizə düşən 21 kilometrlik hissəsini rəsmi olaraq Azərbaycan ərazisi kimi tanıyıb;
Erməni politoloq Stepan Danielyan bildirir ki, Nikol Paşinyanın hökumətin iclasında yolun 21 kilometrinin və Çayzəmi ilə Eyvazlı kədlərinin Azərbaycan ərazisi olduğunu təsadüfən dilə gətirmədi:
“Danışıqlarda tələblərdən biri bu idi və Ermənistan rəsmi olaraq bunu qəbul etdi. Proses əslində Ermənistan-Azərbaycan sərhədinin o hissəsinin demarkasiyası əməliyyatı idi”./mətbuat.az