Saxta peyvənd pasportu olanlar aeroportda tutulacaq – Yeni sistem TƏTBİQ OLUNDU

Baxılıb:272
Saxta peyvənd pasportu olanlar aeroportda tutulacaq – Yeni sistem TƏTBİQ OLUNDU

COVID-19 pasportunun xaricdən Azərbaycana qayıdan vətəndaşlarımızın ölkəyə daxil olması üçün yetərli olmadığı məlum olub. Pasportla yanaşı koronavirus testinin neqativ nəticələri ilə bağlı sənəd də ölkəmizə səfər üçün əsas vermir.

AzTimes.az xəbər verir ki, hava Limanında bu iki sənəddən əlavə immun testindən keçmək də tələb olunur.

Qeyd edək ki, xaricdən qayıdan vətəndaşlarımız dünyanın digər ölkələrinin hava limanlarında bu cür durumla üzləşmədiklərini bildiriblər.

AZAL-ın mətbuat xidmətinin rəbəri Paşa Kəsəmənski Bizim.Media-ya açıqlamasında bildirib ki, ölkəyə səfərlərlə bağlı qaydalar Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

Həmin qaydalarda COVID pasportu və koronavirus testinin nəticələri ilə yanaşı immun sertifikatı da tələb olunur.

Ölkəmizə girişin ciddi qorunması sevindirici haldır. Bununla belə sual yaranır – Əgər vətəndaşın COVID-19 pasportu varsa, eləcə və koronavirus testinin nəticələri neqativdirsə, immun sertifikatının tələb olunmasına ehtiyac varmı?

Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, immun sertifikatının tələb olunmasının əsas səbəbi saxta peyvənd pasportlarıdır:

“Kimsə gedib, saxta peyvənd pasportu ala bilər, amma qandan analiz verən zaman bilinir ki, immunitet yoxdur və saxta pasport alıb. Bu saxta peyvənd pasportlarına qarşı bir mübarizədir”.
Həkimin sözlərinə görə, eləcə də ölkəyə giriş yalnız koronavirus testinin nəticələri əsasında reallaşa bilməz:

“Testin nəticələri onun yoluxmadığını göstərsə də, pevənd olunmayıbsa, o gəlib yoluxa, ağırlaşa və başqalarını da yoluxdura bilər”./BAKU.WS


Abunəlik