POLİS, ÖZÜ VƏ AİLƏ ÜZVLƏRİ CƏMİYYƏTƏ NÜMUNƏ OLMALIDIR.

Baxılıb:231
POLİS, ÖZÜ VƏ AİLƏ ÜZVLƏRİ CƏMİYYƏTƏ NÜMUNƏ OLMALIDIR.

AzTimes.az saytının bu dəfəki yazısı Xidmətkeçmə haqqında qanunun tələblərini pozan, Cəlilabad RPŞ-də xidmət edən polis nəfəri haqqında olacaq.
Belə ki, təxminən 10 gün bundan öncə anonimliyinin qorunmasını istəyən bir nəfər şəxs redaksiyamızın qaynarxətt nömrəsinə vhatsapp (sosial şəbəkə) vasitəsi ilə bir fotoşəkil göndərib bildirdi ki, həmin polis nəfəri vətəndaşlarla davranış qaydalarında kobudluq edir. polis vəzifəsindən istifadə edib, istədiyi kimi həyat tərzi sürür. Xidməti vaxtı, Xidməti formada olmasına baxmayaraq, həm, xidmətkeçməı haqqında qanunun tələblərini pozur, həm də xidməti forma qaydasını kobudcasına pozur. Həmin fotoşəkilə baxdıqda vətəndaşın dediklərinin qismən doğru olduğunu gördük. Polis nəfəri ilə əlaqə saxladıq, həmin fotoşəkildə görünən polis nəfərinin onun olub-olmadığını soruşduq. Həmin Şakir adlı polis nəfəri də həmin fotoşəkilin 8 il bundan öncə çəkildiyini və qəbahət bir görüntü olmadığını bildirdi. Həmin fotoşəkildən görünür ki, Cəlilabad RPŞ-nin Şakir adlı polis nəfəri xidməti vaxtı, xidməti forma ilə xidmətkeçmə haqqında qanunun tələblərini pozmuşdur.
Bundan əlavə olaraq O. həmin şəkildə göründüyü kimi DQN- nişanı olmayan avtomobili də görməməzlikdən gəlib. Hal hazırda həmin DQN-nişanı olmayan Niva markalı avtomobilin kimə məxsus olması və hansı səbədən Niva markalı avtomobilin DQN nişanını çıxartmasının səbəbi məlum deyil. Bütün bu məsələlərlə bağlı tərəfimizdən DİN-nin rəhbərliyinə və digər qurumlara məlumat məktubu hazırlanır.
Vətəndaşın redaksiyamıza ünvanladığı fotoşəkili ictimailəşdirmirik. Ona görə ki, vətəndaş həmin şəkilin DİN-nin rəhbərliyinə ünvanlanmasını xahiş etmişdir. Vətəndaşın xahişini nəzərə alırıq.
Qarşı tərəfi dinləməyə hazırıq!

İstinad: respublikaxeber


Abunəlik