RÖVŞƏN MƏMMƏDOVUN XƏBƏR LABİRİNTİ

Baxılıb:980
RÖVŞƏN MƏMMƏDOVUN XƏBƏR LABİRİNTİ

Saidə Vəliyeva statusunda yenə AzTV də baş verənlərə toxunub.AzTimes.az xəbər verir ki, hər gün AzTV rəhbəri və orada yüksək qonorar alan şəxslər barədə tükürpədici açıqlamalar paylaşan Sabiq əməkdaş bu gün də maraqlı nüansları ictimailəşdirib:

“AzTV-nin rəsmi www.aztv.az saytının “HAQQIMIZDA” hissəsində “TV VƏ RV İNFORMASİYA PROQRAMLARI BAŞ STUDİYASI” bölməsinə daxil olub baxaq.
Baş direktor,iki direktor,beş direktor müavini,dörd baş redaktordan ibarət bu strukturda bəzi məqamlar diqqəti cəlb edir.
Beləki,Rövşən Məmmədov iş həcmi təxminən 20-30 dəqiqəlik xəbər buraxılışından ibarət olan baş redaksiyalar yaradaraq büdcəni bir tərəfdən də bu cür talayıb.

  • “Region xəbərləri” baş redaksiyası.
    İşi gün ərzində bir dəfə-19:00-da efirə 20-23 dəqiqəlik xəbər buraxılışı hazırlayıb verməkdən ibarətdir;
  • “İqtisadiyyat xəbərləri” baş redaksiyası.
    İşi gün ərzində bir dəfə-19:30-da efirə 20-25 dəqiqəlik xəbər buraxılışı hazırlayıb verməkdən ibarətdir;
  • “Rus dilində proqramlar” baş redaksiyası.
    İşi gün ərzində bir dəfə-18:00-da efirə rusca 25-30 dəqiqəlik xəbər buraxılışı hazırlayıb verməkdən ibarətdir;
  • “İngilis dilində proqramlar” baş redaksiyası.
    İşi gün ərzində bir dəfə-02:00-da efirə ingiliscə 30-40 dəqiqəlik xəbər buraxılışı hazırlayıb verməkdir;
  • ” Beynəlxalq müxbir postları və xarici xəbərlər” studiyası.
    İşi xaricdəki müxbirlərlə əlaqə yaratmaq və gün ərzində xəbər buraxılışlarında xarici xəbərləri süjet şəklində təqdim etməkdən ibarətdir.

Sual yaranır,bir xəbər buraxılışı üzərində baş redaksiya,studiya yaratmağa nə ehtiyac var imiş? Bir veriliş də yox,bir xəbər buraxılışı hazırlayıb verməyə görə bu hoqqaya nə ad vermək olar? Bəlkə Rövşən Məmmədov fikirləşib ki, Lider TV-dən gətirdiyi tələbə yoldaşı Elman Əliyevi “Region xəbərləri”nə adi redaktor təyin etsə,inciyər,qoy baş redaktor olsun.Yəqin Rövşən bəy düşünüb ki,Lider TV-dən gətirdiyi Xalid Əliyevə yalnız direktor olmaq yaraşar.Ona görə də hətta dostu Sərvər Bayramovun direktoru olduğu İctimai-siyasi proqramlar Studiyasından Xarici Xəbərləri çıxardıb Xalid üçün studiya içində studiya yaradıb…
Bəlkələr,yəqinlər çox ola bilər.Ancaq bir məsələ dəqiqdir.Bu adamlar üçün hər ay büdcədən necə deyərlər,babat pul ayrılır.Halbuki, Xəbərlərin çoxsaylı müxbir və redaktor komandası arasında düzgün bölgü apararaq redaksiyalar yaratmadan da bu işləri görmək olardı.Bax,bu olardı əsl qənaət.
Rövşən Məmmədov indi durub oyanıb ki,
büdcəyə qənaət etmək lazımdı.Vaxtında sağa-sola xərcləyəndə bunu düşünmək lazım idi.Yoxsa indi cumub sıravi əməkdaşların puluna qənim kəsilib.

Bu yerdə internet resurslarında bir neçə ay əvvəl yayılmış məlumat yada düşür.Bildirilirdi ki, AzTV-nin İnformasiya Proqramları Studiyasının baş direktoru Mehriban Məmmədovanın illik maaşı 10 min,illik qonorarı isə 50 min AZN-dir…İndi Rövşəndən soruşsaq,deyəcək ki Mehribanın işi çox olur,gecədən sübhədək çalışırlar və daha nələr. Yaxşı,tutaq ki elədir.Xəbərlərdə həmişə gərgin iş olur.Amma bir məqam var.Mehriban Məmmədovanın tabeliyində iki studiya direktoru, onların müavinləri,baş redaktorlar və müavinləri,şef redaktorlar,redaktorlar,müxbirlər,rejissor qrupu var.”News room”a baxanda bir toyun adamı gözə dəyir.Yəni,Mehriban Məmmədova işi az sayda adamla görsə idi,bəlkə də bu qədər maaş və qonorarı almasını anlamaq olardı.Amma göründüyü kimi iş yükü çox sayda işçi arasında bölünüb.Buna görə də baş direktora bu cür məbləğ ödənilməsi absurddur.

Bütün bu deyilənlərə görə yəqin ki həlləm-qəlləmliyi ilə dastan yazan Rövşən Məmmədov və ətrafı,havadarları çox yaxın zamanda cavab verəcək.Buna inanırıq.”


Abunəlik