Azərbaycanda beş yaşlı uşağın anası və tanışı tərəfindən zorakılığa məruz qalması ilə bağlı cinayət işi açılıb

Baxılıb:216
Azərbaycanda beş yaşlı uşağın anası və tanışı tərəfindən zorakılığa məruz qalması ilə bağlı cinayət işi açılıb

Paytaxtın Xəzər rayonunda beş yaşlı uşağın anası və tanışı tərəfindən zorakılıq hərəkətlərinə məruz qalması və hazırda stasionar müalicə alması faktı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə qeyd edilən məsələ ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində müvafiq səlahiyyətli qurumlarla əlaqəli şəkildə araşdırma aparılıb.

Baş Prokurorluqdan APA-ya daxil olan məlumata görə, müəyyən edilib ki, 1996-cı il təvəllüdlü Səadət Xasməmmədova qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı 1995-ci il təvəllüdlü Kamran Tağıyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin mart-iyun ayları ərzində, sonuncu dəfə isə 13.07.2021-ci il tarixdə yaşadıqları evdə narkotik vasitələrin təsiri altına düşərək səbəbsiz yerə aşkar surətdə yetkinlik yaşına çatmayan 2016-cı il təvəllüdlü S.Xasməmmədovanın doğma oğlu Cahid Abdulova güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab veriblər.

AzTimes.az


Abunəlik