“Pulyeyən” şəbəkə – xəyanətkar icra başçısı: Asif Ağayevin “forma-2” əməliyyatı

Baxılıb:718
“Pulyeyən” şəbəkə – xəyanətkar icra başçısı: Asif Ağayevin “forma-2” əməliyyatı

Son dövrlər əksəriyyəti icra hakimiyyətləri başçıları olmaqla bir sıra yüksək vəzifəli şəxslərin gurultulu həbsləri ölkədə dövlət başçısının ortaya qoyduğu qətiyyətli iradə ilə korrupsiyaya qarşı mübarizənin sərtləşdiyini deməyə əsas verir. Lakin müşahidə olunan qəribə tendensiya budur ki, hazırda işləyən icra başçılarının çoxu indi həbsdə olan həmkarlarının yolu ilə gedir, dövlətin vəsaitini talamaqda, ölkənin, xalqın mənafeyinə zidd addımlar atmaqda davam edirlər. Sanki onları kimsə inandırıb ki, həyata keçirilən anti-korrupsiya tədbirləri kampaniya xarakterlidir, alnınıza nə yazılıbsa, onu da görəcəksiniz. Elə bil onlara deyiblər ki, məsuliyyətə cəlb olunmalı, “qələmi qırılmalı” vəzifəli şəxslər “aşağıdan” gedən vətəndaş şikayətləri əsasında deyil, “yuxarıdan” atılan püşk nəticəsində müəyyənləşdirilir. Və indiyədək çapıb-taladıqların onsuz da sənə qarşı ittiham irəli sürülməsi üçün yetərlidir, odur ki, bundan sonra düz işləməyinin əhəmiyyəti yoxdur.

“Olacağa çarə yoxdur” prinsipi ilə işləyən, daha doğrusu, çirkaba bulaşmaqda davam edən rayon rəhbərlərindən biri də Beyləqan İcra Hakimiyyətinin başçısı Asif Ağayevdir. İki il əvvəl Beyləqana təyinat alandan bəri Asif Ağayevin barəsində söylənən müsbət fikirlər arasında çoxlarının təsdiqlədiyi biri budur ki, o, vəzifəyə götürmək üçün kadrdan rüşvət almır. Amma bu heç də təmənnasızlıq anlamına gəlmir. Axı, Neft Şirkətinin, Rövnəq Abdullayevin “şinelindən çıxmış” birinin “aydan arı, sudan duru” olmağı necə mümkündür? Başçı sonradan həmin kadrların vasitəsilə büdcədən külli miqdarda maliyyə vəsaitlərini silərək “həzm-rabedən” keçirir. Yəni, “ilanı Seyid Əhməd əli ilə tutur”. Necə ki, 2019-cu ildə rayonun abadlıq işləri üçün dövlətin ayırdığı 1(bir) milyon manat pulun vur-tut 200 (iki yüz) min manatını təyinatı üzrə xərcləyib, qalanını özü və işbaz şərikləri ilə maxinasiya edərək mənimsədiyi iddia edilir. 2020-ci ildə isə Beyləqan şəhərinin daxili küçələrinin asfaltlaşması üçün ayırılmış 446 (dörd yüz qırx altı) min manat dövlət vəsaitinin yalnız cuzi bir hissəsinin təyinatı uzrə xərcləndiyi, vur-tut  2  km uzunluğunda asfalt işi görülmüşdür ki, bu da 40 min  kv/metr asfalt edir və xərclənən vəsait isi 80 min manat təşkil edir. Yerdə qalan vəsaitlərin isə icra başçısı ilə işi görən şirkət arasında bölüşdürüldüyü iddia edilir. Əminliklə demək olar ki, Asif Ağayevin Beyləqanda rəhbər vəzifədə fəaliyyətə başladığı 2019-cu ilin fevral ayından indiyədək RİH-nin nəzarəti və sərəncamı ilə görülən (görülmüş kimi təqdim olunan) işlərin “forma-2”-ləri diqqətlə yoxlanılsa və rəqəmlər faktiki həcmlə tutuşdurulsa, dövlətin təhlükəsizliyinə təhdid kimi qiymətləndirilə biləcək yeyintilər aşkarlanar. Monitorinqə elə Beyləqan şəhərində kanal qırağı ərazidə salınan “Nəsimi” parkından başlamaq yetər. Parkda quraşdırılan işıq dirəklərinin qiymətlərinə də nəzər salmaq pis olmaz.

Asif Ağayev kadr məsələlərində bacarıqlı, peşəkar, işini bilən kadrlara deyil, korruptiv fəaliyyətdə “ixtisaslaşmış” şəxslərə üstünlük verir. Saytımızda həmin şəxslər barədə əvvəllər xeyli tənqidi məqalələr dərc olunub. Məsələn, Rayon Mənzil İstismar Sahəsiunin rəisi Anar Vəliyevin haqqında yazılan tənqidi məqalələrdə icra başçısının yerli mafiyanın təsiri altına düşməsi fikri süjetin “ana xəttini” təşkil edib. Bu fikirdə Asif Ağayev üçün “bəraətverici” bir məqam var ki, ola bilsin, başçı bəlkə də paralel olaraq həmin mafiyanı zərərsizləşdirmək üçün cinayət təqibi, dövlət təhlükəsizlik orqanları ilə də iş aparır və əlverişli vaxt və zəmin yetişəndə bu, baş verəcək. Lakin müşahidələr göstərir ki, yox, əsla elə deyildir, başçının özünün artıq mafiya babası statusuna uyğun gələn əməlləri boy göstərir. Bir sözlə, rayon rəhbəri yerli mafiya ilə həmrəng olmasa da, həmxasiyyət olub. Yetişib artıq, Asif Ağayevin dosyası anti-korrupsiya qənimətləri parkına eksponat olmalıdır.(Stv News)


Abunəlik