Dəyərli izləyicilər! Söhbət neçə illər mədəniyyət sahəsində çalışmış, bircə gündə meşə təsərrüfatında çalışmamış, ümumiyyətlə bu sahədən heç bir anlayışı, səriştəsi olmayan Təbii Sərvətlər və Ekologıya nazirliyinin Hirkan Milli Parkının Direktoru son günlər medianı -sosial şəbəkələri zəbt etmiş Hüseynbala Mirələmovun ən yaxın qohumu olan Sucayev Aqil Qulam oğlundan gedir. Artıq bir neçə aydır ki bu vəzifəyə təyinat almış Aqil Sucayevin elə də bəxti gətirmədi. Hələ kreslosuna tam oturmamış,işçilərlə -kollektivlə tanış olmamış, Hirkan Milli Parkının həndəvərində az da olsa gəzməmiş xəstəliyə tutuldu.
Məsəl var deyərlər: Dərd də gələndə batmanla gələr. Aqil müəllimin xəstəliyi tam sağalmamış məlum hadisələr -Hüseynbala Mirələmov olayları baş verdi. Çünki Aqil müəllim məhz ən yaxın əzizi -qohumu olan Hüseynbala Mirələmovun sayəsində hər zaman rahat kresloda otura bilmişdi.
Yeri gəlmişkən bu gün Təbii Sərvətlər və Ekologıya nazirliyinin rəhbərliyinə, insan resursları şöbəsinə üz tutaraq soruşuruq ki, Aqil Sucayev bu vəzifəyə təyinat alanda onun hansı kriteriyalarına və hansı qabiliyyətinə üstünlük verilib? Peşəsimi? Bu sahədə qazandığı -topladığı təcrübəmi? Yoxsa təbiətin fauna-florasından yaxşı bilgilərinəmi görəmi? Əsla yox.
Çünki onun tanınmış daydayısı və həm də nəyisi var. Burada yeganə faktor Hüseynbala Mirələmov faktorudur. Yoxsa doğrudanmı Lənkəran, Astara, Lerik, Masallı və digər qonşu rayonlardan bu sahənin tələblərinə cavab verən elə bir kadr tapılmadımı ki, Aqil müəllimi bu vəzifəyə təyin etdilər? Məgər o bölgədə Təbii Sərvətlər və Ekologıya nazirliyinin elə bir vicdanlı, sənəti- peşəsi stajı bu sahəyə cavab verən kadrı yox idimi ki, səriştəsiz bu sahədən başı çıxmayan Aqil Sucayevi hansı maraqlar müqabilində və kiminsə patrondaşlığı sayəsində rəhbər təyin etdilər.???.
Əlbəttə biz bu sualın cavabını aidiyyatı qurumlardan alınca sorğularımızı davam etdirəcəyik.
Son olaraq bizdə Media Rəhbəri, Xəbər portalının,internet televiziyasının rəhbəri kimi bu məsələni daim diqqət mərkəzində saxlayaraq jurnalist araşdırmalarımızı davam etdirəcəyik. Qarşı tərəfin də mövqeyini öyrənməyə dinləməyə dərc etməyə hazır olduğumuzu bir daha bəyan edirik.
[xfgiven_video][/xfgiven_video]
[xfgiven_video2][/xfgiven_video2]