24 Aprel- qondarma “erməni soyqırımı” günü və Nağdalyanın sərsəm bəyanatları…

Baxılıb:232
24 Aprel- qondarma “erməni soyqırımı” günü və Nağdalyanın sərsəm bəyanatları…

Aztimes.az erməni nəşrlərinə istinadən xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan yenidən sərsəm bəyanatları ilə gündəmə gəlib. Belə ki, o, “erməni soyqırımı”na dair həqiqətin beynəlxalq ictimaiyyətdə tanınmış bir fakt olduğunu , amma Türkiyə tərəfinin “erməni soyqırım”ını inkar edən müxtəlif formalara şahidlik etdiyini bildirib.
Daha sonra o, “erməni soyqrım”ının saxtalaşdırılmağa çalışıldığını və bütün ekspertlərin Ermənistan arxivlərinin açıq olduğunu bildiklərini dilə gətirib.
Bu açıqlamalarla tanış olduqda, belə bir təsəvvür yaranır ki, A. Nağdalyan öz ölkəsinin reallıqlarından, eləcə də Ermənistanın “beynəlxalq arenadakı yerindən” bixəbərdir. Məsələdən xəbərdar olması üçün isə elə öz medialarında, ölkəsinin tanınmış ekspertlərinin açıqlamaları ilə tanış olması yetərlidir.
Qeyd edək ki, NATO Parlament Assambleyasının iclasında çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransada hər il aprelin 24-nün qondarma “erməni soyqırımı” qurbanlarının xatirəsini anma günü elan edilməsinə sərt münasibət bildirib.

Elşən Yəhyayev/AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir