21 mart Dünya Daun Sindromu günüdür-Niyə məhz 21 mart?

Baxılıb:2310
21 mart Dünya Daun Sindromu günüdür-Niyə məhz 21 mart?

AzTimes.az xəbər verir ki, bu gün həm də daun sindromu günüdür.

Bu sindrom 1866-cı ildən məlumdur. İngilis həkimi Lanqdan Daun xarakter xüsusiyyəti olan bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu “monqolizm” adlandırıb. Ancaq asiyalı alimlərin xəstəliyin “monqolizm” adlandırılmasına münasibətindən sonra bu xəstəlik onu kəşf edən alimin şərəfinə “Daun sindromu” adını alıb. Bu uşaqlar bir-birlərinə oxşayır, stereotipləri eyni olur. Image result for daun sindromu günüYəni onlarda boy qısa olur, əqli inkişafdan geri qalır, kəlləsi kiçik və yumru olub üz nahiyyəsində yastılaşır. Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə çıxır. Gözləri uzunsov və kiçik olur, göz yarığı çəp, göz bucağında dəri büküşlü, ağzı yarıaçıq, dili böyük, qarnı köpmüş, dişləri seyrək, əzələləri və oynaqları zəif inkişaf etmiş olur. Yəni monqoloid irqinə mənsub şəxslərə bənzəyirlər. “Monqolizm” adı da bu səbəbdən işlədilib.

Bu xəstələrdə görmə pozğunluğu da müşahidə olunur. Qulaqları zəif inkişaf edir. Skeletin normal inkişafı pozulduğu üçün daun sindromlu körpələr oturmağı və yeriməyi gec öyrənir. Həzm və qan-damar sistemində ciddi patalogiyalara rast gəlinsə də, ifrazat sistemində elə də kənaraçıxma çox olmur.Image result for daun sindromu günü İmmun sistemi zəif olur, xəstəliklərə daha tez tutulur, xüsusi ilə də bədxassəli şişlərə tutulma riski çox böyükdür. Beynin ümumi inkişafdan qalması və beyinciyin zəif inkişaf eləməsi əqli cəhətdən geriliyə, eləcə də hərəkətin normal koordinasiyasının pozulmasına gətirib çıxarır. Kişilər dölsüz olur, qadınlar bəzən nəsil verə bilir. Daun sindromlu xəstələrin əksəriyyətinin böyrəklərində və ürəklərində anadangəlmə qüsur müşahidə edilir. Ağılkəmliyi bütün bu xəstələrdə xarakterikdir. Ağılkəmliyi iki formada olur: ideateya və imuselis. İmuselis bu xəstəliyin daha yüngülüdür. Ən ağır forması isə ideateyadır. Daun xəstələrində tez-tez piylənmə halları da aşkar edilir. Daun sindromlu uşaqlar çox mehriban olurlar. Onlar insanlarla tez bir zamanda ünsiyyət qururlar. Hətta özlərinə qulluq etməyi də bacarırlar. Belə körpələr digər normal uşaqlar kimi şeir, nağıl öyrənib yadda saxlayırlar.Related image

Bu gün 2006-cı ildən etibarən təqvimə daxil edilib və bunun təşəbbüskarlığı 6-cı simpozium iştirakçıları tərəfindən irəli sürülüb. Martın 21-nin seçilməsi isə təsadüfi deyil. Beləki, bu rəqəmlər Daun sindromunun simvolik işarəsidir: 21-ci cüt xromosomun trisomiyası. Normalda 21-ci xomosomun iki kopiyası olursa, Daun sindromu kimi genetik xəstəlikdən əziyyət çəkən insanlarda bu rəqəm 3-dür.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir