2019 -cu il Qarabağın azad edilməsi ili olacaq!

Baxılıb:234
2019 -cu il Qarabağın azad edilməsi ili olacaq!

ABŞ-ın xarici siyasət idarəsi sayılan Dövlət Departamentinin dünyada insan haqlarının 2018-ci ildəki vəziyyətinə dair yaydığı hesabatında Ermənistanı işğalçı adlandıran bənd yer alıb. Həmin bənddə deyilir: “Separatçılar Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əksər hissəsini və ona bitişik 7 rayonu nəzarətdə saxlamaqda davam edirlər”.

2019 -cu il Qarabağın azad edilməsi ili olacaq!

Bu, ABŞ-ın da qəbul elədiyi BMT Nizamnaməsinə görə, ərazisi işğala məruz qalan ölkə istənilən üsulla öz ərazi bütövlüyünü bərpa eləmək haqqına sahib olması deməkdir. Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının 1992-93-cü illərdə Dağlıq Qarabağa dair qəbul elədiyi və Ermənistanı işğalçı kimi tanıyan 4 qətnamə (822, 853, 874 və 884 saylı) var və heç kim onları ləğv eləməyib. Avropa Parlamentinin (Avropa Birliyinin əsas qurumu), Avropa Şurasının (AŞ PA), NATO Parlament Assambleyasının, habelə İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmamaq Hərəkatının Bakının haqlı mövqeyini dəstəkləyən bəyanatlar verilib.

Buna baxmayaraq Dağlıq Qarabağdakı kriminal rejimin başçısı Bako Saakyan vaxtaşırı ABŞ-a da səfərlər edir, Fransaya və Rusiyaya gedir. Habelə, bəzi ermənipərəst konqresmenlər və ATƏT üzvü olan ölkərin tanınmış adamları işğal altındakı Qarabağa qanunsuz səfərlər ediblər.

Bu gün ABŞ rəsmi dövlət mövqeyi ni ortaya qoyub. Rəsmi Vaşinqton isə Azərbaycanlın ərazi bütövlüyünə hörmətini mütəmadi şəkildə bəyan edib, bunu sənədlərdə əks etdirib, separatçı bölgədə indiyədək keçirilən heç bir “seçki”nin, “referendum”un legitimliyini tanımayıb. Dövlət Departamenti isə bu il də öz sənədində Dağlıq Qarabağ və ətraf 7 rayonun erməni işğalı altında olduğunu bir daha təsbit edib.

Bundan əlavə, ötən ilin oktyabrında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvanda olarkən açıq mətnlə bildirdi ki, əgər baş nazir Nikol Paşinyan ölkəsinin rifahını, Rusiya asılılığından və blokadadan qurtulmasını istəyirsə, o zaman öncəliklə Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salmalı, Qarabağ məsələsində dönüşə nail olmalıdır. Analoji tələb bu ilin yanvarında prezident Donald Trampın Paşinyana göndərdiyi təbrik məktubunda da yer almışdı.

Azərbaycan Ordusunun son təlimləri bir daha sübut etdi ki, Azərbaycan Ordusu hər an hərəkətə keçə bilər və bütün beynəlxalq hüquq rəsmi olaraq öz ərazimizdə terrorizmə qarşı aktiv mübarizə aparmaq iqtidarındadır. Bu təlimlər birmənalı şəkildə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu üzərində böyük hərbi-texniki üstünlüyə malik olduğunu göstərdi. Hazırda Azərbaycan Silahlı Qüvvələri yüksək texnologiyalı silahlara sahibdir.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir