20 yaşlı oğlan qıza görə qətlə yetirildi – YENİLƏNİB

Baxılıb:143
20 yaşlı oğlan qıza görə qətlə yetirildi – YENİLƏNİB

Göygöldə baş verən qətillə bağlı rayon prokurorluğu məlumat yayıb.

Göygöl Rayon Prokurorluğundan verilən məlumata görə, fevralın 15-də saat 22 radələrində Göygöl rayonu ərazisində 2002-ci il təvəllüdlü Cavidan Məmmədovun öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1999-cu il təvəllüdlü Cəlal Apiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Cavidan Məmmədova çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cəlal Apiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

09:24

Göygöl şəhərində 20 yaşlı gənc qətlə yetirilib.

Aztimes.Az-ın məlumatına görə, 2002-ci il təvəllüdlü Cavidan Məmmədov tanışı, 1997-ci il təvəllüdlü Cəlal Apiyev tərəfindən dörd bıçaq zərbəsi ilə qətlə yetirilib.

Hadisənin qız üstündə baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Abunəlik