20 Yanvar metrostansiyasında baş vermiş terror hadisəsindən 26 il ötür

Baxılıb:238
20 Yanvar metrostansiyasında baş vermiş terror hadisəsindən 26 il ötür

Bu gün 20 Yanvar metrostansiyasında baş vermiş terror hadisəsindən 26 il keçir. 19 mart saat 13:00-də 20 Yanvar metrostansiyasında partlayış baş verir. Saat mexanizmi ilə təchiz edilmiş əldədüzəlmə partlayıcı qurğu qatarın ilk vaqonunda, qatar dayanarkən partlayır. Partlayış nəticəsində 14 nəfər həlak olmuş və 49 nəfər yaralanmışdır.Həlak olanların arasında terror hücumunun icraçısı Oktay Qurbanov və Azərbaycan Respublikasının xalq artisti Rafiq Babayev də var idi.
Terror aktı faktına görə, 11 nəfər məhkum edilib, onlardan ikisi ölüm cəzası ilə, 9 nəfər isə müxtəlif həbs cəzasına məhkum edilib.
AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir