Avtomobildə qanunsuz odlu silah aşkarlandı

Baxılıb:230
Avtomobildə qanunsuz odlu silah aşkarlandı

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları “Mercedes” markalı avtomobildə qanunsuz odlu silahın olduğunu müəyyən ediblər.

AzTimes.az-ın bölgə müxbirinin xəbərinə görə İsmayıllı rayon sakini olan sürücü İsmayıl Hacıyev avtomobil idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün inspektor tərəfindən ona “saxla” əmri verilib. Yol polisi avtomobilə yaxınlaşdıqda oturacağın üzərində ov tüfənginin olduğunu görüb. Araşdırma zamanı həmin “TOZ-63” markalı odlu silahın müvafiq sənədlərinin olmadığı məlum olub.

İ.Hacıyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Bundan əlavə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində rayonun Qalınçaq kənd sakini Saiq Qəribov “İJ-16” markalı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.


Abunəlik