“Ermənilərin 30 ildə Qarabağa etdikləri yatırım məhv oldu” – “Hetq.am”

Baxılıb:344
“Ermənilərin 30 ildə Qarabağa etdikləri yatırım məhv oldu” – “Hetq.am”

“Birinci Qarabağ müharibəsindən bəri ermənilərin bütün səyləri Qarabağın inkişafına yönəldilib. 1992-ci ildə bu məqsədlə dünyaya səpələnmiş ermənilərin topladığı vəsaitlə “Hayastan” Ümumermənistan Fondu yaradıldı.

Fondun əsas hədəfi Qarabağı inkişaf etdirmək, fəlakətli zəlzələ nəticəsində ciddi ziyan görən Ermənistanda inkişaf proqramlarını həyata keçirmək olub. Fondun illik marafonlarını dəstəkləməklə yanaşı, digər erməni fondları və özəl investorlar Qarabağda inkişaf proqramları həyata keçirməyə başlayıblar. Qarabağ bütün ermənilərin sevgi və məhəbbət ünvanı kimi hər gün inkişaf edirdi, investorların ona marağı artırdı. Qarabağ son illərdə Suriyada və Livanda evlərini itirən ermənilərin vətəni oldu”.

AzTimes.az  xəbər verir ki, bu sətirlər “Hetq.am” nəşrinin bu günki baş məqaləsindən götürülüb. Məqalədə daha sonra deyilir: “44 günlük müharibədə Qarabağ fərqli bir aqibət yaşadı. Müharibədə məğlub olan Ermənistan böyük əraziləri Azərbaycana vermək məcburiyyətində qaldı. Verilən məlumatlara görə faktiki Azərbaycanın nəzarəti altına aldığı yaşayış məntəqələrinin sayı 7 bölgə bölgə üzrə 118 icmadır. Qarabağa dəyən ziyan isə 2 milyard dollardan çoxdur”.

/konkret.az


Abunəlik