SON DƏQİQƏ: Göyçay xəstəxanasında qalmaqal – Vətən müharibəsinin iştirakçısı… VİDEO

Baxılıb:1581
SON DƏQİQƏ: Göyçay xəstəxanasında qalmaqal – Vətən müharibəsinin iştirakçısı… VİDEO

Hal-hazırda Göyçay rayon xəstəxanasında qalmaqal baş verib.

Rayon sakinlərindən AzTimes.az-a daxil olan məlumata görə, 1999-cu il təvəllüdlü, Göyçay rayon Ləkiçıplaq kənd sakini İsmayılov Nicat Rövşən oğlu Vətən müharibəsi zamanı səfərbərliklə döyüşə qatılanlardan olub. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüş əməliyyatında iştirak edib.

Nicatın atası Rövşən İsmayılov bildirib ki, oğlu təxris olunandan sonra psixoloji problemlər yaşamağa başlayıb. Vəziyyəti kəskin ağırlaşdığı üçün onu Göyçay rayon mərkəzi xəstəxanasına aparıblar. Ancaq burada xəstənin vəziyyəti ağırlaşıb.

Hal-hazırda kənd sakinlərinin kütləvi şəkildə Göyçay mərkəzi rayon xəstəxanasının qarşısına toplaşdığı deyilir. Əraziyə polisin cəlb olunması gələn məlumatlar sırasındadır.


Abunəlik