AzTv-də çalışanların “Covid19” yoluxması arta bilər!

Baxılıb:559
AzTv-də çalışanların “Covid19” yoluxması arta bilər!

Azərbaycan Televiziya və Radio Verilişləri QSC kollektivində son aylar koronavirusa yoluxma sayı artıb.Onlardan bir qismi müalicə olunub işə qayıdıb.Amma bəzi informasiyalar ciddi narahatlıq doğurur.Beləki Realxeber.info.az-ın əldə etdiyi məlumata görə,AzTV-nin əməkdaşlarından biri- “İqtisadiyyat xəbərləri” verilişinin aparıcısı,eləcə də Sosial və İqtisadiyyat redaksiyasının baş redaktoru Aytən Abdulovanın səhhəti pisləşərək Covid19-a yoluxması məlum olub. Testin cavabını gözləməyərək  işə davamiyyəti şəkildə gələrək AzTV-nin təxminən üç min işçisini yoluxdurma ehtimalını artırıb. Məlumata görə hətta yaşadığı ünvana ərazi üzrə polisdən gələrək ona cərimə tətbiq edildiyi bildirilir. Hal-hazırda Aytən Abdulovanın  Covid19-dan müalicəsinin ev şəraitində aparıldığı bildirilir.

AzTimes.az


Abunəlik