Bakı Sağlamlıq Mərkəzindən əsgər ailəsinə laqeyd münasibət

Baxılıb:379
Bakı Sağlamlıq Mərkəzindən əsgər ailəsinə laqeyd münasibət

AzTimes.az xəbər verir ki, Qazax rayonu, Azadlıq prospekti 90 ünvanında yaşayan Nuriyeva Xəyalə Ilqar qızı tərəfindən  ATİAAZ-a müraciət daxil olmusdur. 
Nuriyeva Xəyalə Ilqar qızı hərbçi ailəsidir.  Həyat   yoldaşı Nuriyev Söhrab Ramazan oğlu “N” saylı hərbi hissədə  Vətənin müdafiəsi uğrunda xidmət edir.
06   oktyabr 2020-ci il tarixdə Bakı Sağlamlıq  Mərkəzində bu ailənin bir oğlan uşağı  dünyaya gəlib.  Uşaq yarımçıq doğuş olduğuna görə uzun müddət müailəcəyə ehtiyacı yaranib və uzun müddət “küveyzdə” saxlanmaq məcburiyyəti yaranıb. Özəl xəstəxana olduğuna və qiymətlərin həddən artıq baha olduğuna görə (adicə küveyzin günü 250 manata başa gəlir)  məcbur olub    5000 (beş min ) manata yaxın pul ödəyib.   Kreditlə götürdüyü pul çatmadığı üçün uşağın müailəcini ev şəraitində davam etdirməyə məcbur olub. 

 Qeyd edək ki, uşağın atası hələ körpəsinin üzünü görməyib. Bakı Sağlamlıq Mərkəzinə uşağın atasının hərbçi olması barədə arayış da təqdim olunub, bu barədə xəstəxanada çəkiliş aparan Televiziya kanallarının birində də ( səhv etmirəmsə “İTV”-də) məlumat verilib.
 Möhtərəm Prezidentimizin əsgər ailələrinə yüksək diqqət və qayğı göstərməyinə baxmayaraq  Bakı Sağlamlıq Mərkəzində əsgər ailəsi üçün heç bir maddi güzəşt edilməyib. Vətəndaş xəstəxana xərclərinin qarşılanmasına görə  Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevə,  Azərbaycan Respublikasının birinci vitse prezidenti  Mehriban xanım Əliyevaya, Heydər Əliyev fonduna və Azərbaycan Respublikasının   Səhiyyə Nazirliyinə müraciət ünvanlayıb. Səhiyyə Nazirliyindən həmin müraciət baxılıb tədbir görülməsi üçün Bakı Sağlamlıq Mərkəzinə (BSM)  göndərilib.  Lakin BSM-dən belə cavab verilib:   “Niyə aləmi qatmısınız bir birinə, puldu ödəmisiniz qurtarıb gedib, bizi narahat etməyin, gedin pulunuzu Fonddan alın”. Bu da əsgər ailəsinə BSM-dən münasibət….
Vətəndaş müraciətində deyir: “ Möhtərəm Prezidentimizin hərbçi ailələrinə yüksək qayğı ilə yanaşdığına inanaraq mənə yeni dünyaya gəlmiş Azərbaycan əsgərinin doğulmasına və müalicəsinə çəkilən xərcə görə Heydər Əliyev fondu tərəfindən maddi yardımın göstəriləcəyinə ümid edirəm. Inanıram ki, hələ atasının görmədiyi uşağımın müalicəsinə çəkilən xərcimin qarşılanmasına Cənab Ali Baş Komandanımız və dəyərli Mehriban xanım biganə qalmayacaq”
Biz də inanırıq ki, bu məsələ tezliklə öz həllini tapacaq.


Abunəlik