Nazir beş çemodan pulla yaxalandı

Baxılıb:898
Nazir beş çemodan pulla yaxalandı

İndoneziyanın sosial müdafiə naziri Culiari Peter Batubaranın koronavirus yardım paketləri hazırlayan şirkətlərlə gizli şəkildə razılaşdığı məlum olub.

AzTimes.az xəbər verir ki, araşdırma nəticəsində paketlərə görə nazirin hesabına milyonlarla dolların daxil olduğu müəyyənləşib.

Ümumilikdə 17 milyard rupiya (1,2 milyon dollar) və digər vəsaitləri qanunsuz olaraq mənimsəyən Batubara könüllü surətdə polisə təslim olub.

48 yaşlı nazirin lüks avtomobili də müsadirə olunub. Baubara təslim olarkən çamadanlarla dolu pullarını özüylə gətirməsi diqqətdən yayınmayıb. /redaktor.az


Abunəlik