16 mindən çox I Qarabağ müharibəsi əlilinə birdəfəlik ödəmə verildi

Baxılıb:124
16 mindən çox I Qarabağ müharibəsi əlilinə birdəfəlik ödəmə verildi

I Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olanların birdəfəlik ödəmə ilə təminatı sahəsində görülən işlər müzakirə olunub.
Proqramın icrasında müsbət nəticələr vurğulanıb, 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olan 16,7 minədək şəxs üzrə birdəfəlik ödəmə verildiyi bildirilib.
1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin və onlardan vəfat edənlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatına bu il avqustun 2-də başlanıb. Proqramın icrası işləri ilk gündən operativ və proaktiv təyinat mexanizmi, vətəndaş məmnunluğu prinsipi əsasında aparılıb.
Bu barədə işlərin əlaqələndirilməsi məqsədilə aidiyyəti qurumların rəhbər şəxslərindən ibarət olmaqla yaradılmış Komissiyanın iclasında bildirilib.
Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən icra olunan yeni sosial dəstək proqramı dövlət başçısının müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşlara xüsusi qayğısının növbəti təzahürüdür.
Qeyd olunub ki, fərmana əsasən yaradılmış komissiyada təmsil olunan qurumlar tərəfindən  proqramın icrası, müvafiq siyahıların təqdim edilməsi, eləcə də dürüstləşdirilməsi istiqamətində birgə, əlaqəli şəraitdə müsbət iş təcrübəsi formalaşıb. Bu da proqramın öz hədəflərinə doğru məqsədəuyğun icrası üçün vacib amil olub.
1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş 16 659 şəxs üzrə artıq birdəfəlik ödəmə verilib. Onlardan 1 017 nəfərin vərəsəsinə bu ödənişlər həyata keçirilib, həmin ödənişlər üçün 105,7 milyon manat vəsait yönəldilib.
Birdəfəlik ödəmələrin operativ şəkildə və e-sistem üzərindən proaktiv qaydada təyin edilərək onların bank hesablarına köçürülməsi, bu barədə çevik və ətraflı məlumatlandırılmaları, daxil olan müraciətlərin dərhal qeydə alınaraq icra üçün yönləndirilməsi və s. təmin edilib və bu proses vətəndaşlar tərəfindən də razılıqla qarşılanıb.
İclasda proqramın icrası sahəsində görülən işlər müzakirə olunub.
 


Abunəlik