1300 müəllim işdən kənarlaşdırılıb – Nazir

Baxılıb:42
1300 müəllim işdən kənarlaşdırılıb – Nazir

Son iki il ərzində 1 300 müəllim sertifikatlaşma imtahanlarında uğur qazanmadığından işindən kənarlaşdırılıb.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimatında “Orta gəlir tələsindən yayınmaq: Azərbaycan üçün dərslər” adlı panel sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müəllimlərlə aparılan iş ağrılı prosesdir:

“İmtahanlarda yaxşı nəticə göstərməyən müəllim təhsil sistemindən zamanla çıxarılır”.


Abunəlik