13 uşaq qərəzli şəkildə təhsildən yayındırılıb – RƏSMİ

Baxılıb:254
13 uşaq qərəzli şəkildə təhsildən yayındırılıb – RƏSMİ

“İl ərzində qərəzli şəkildə təhsildən yayındırılan 13 uşaq müəyyən edilib”.

 Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova “İnsan alverinə qarşı mübarizə: fəaliyyət və perspektivlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

 O, bildirib ki, Dövlət Komitəsi həmin məsələləri araşdırıb:“Belə hallar aşkarlananda dərhal hərəkətə keçilir və müvafiq tədbirlər görülür. 2018-ci ildən repatriasiya olunan uşaqlarla bağlı da 3 aydan bir monitorinqlər aparılır. Elə uşaqlar da var ki, əxlaqsız həyat tərzi yaşayır, bəziləri cinsi zorakılığa məruz qalanlardır. Sığınacaqlar belə uşaqları qəbul etmək istəmirlər. Bu, ciddi problemdir”.
   


Abunəlik