10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? – AÇIQLAMA/VİDEO

Baxılıb:142
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? – AÇIQLAMA/VİDEO

Süni uşaq qidalarının qiyməti əl yandırır.

Paytaxt mağazalarında hətta 150 manata satılan süni uşaq qidaları da var.

Vətəndaşların sözlərinə görə, əvvəlki illərlə müqayisədə qiymətlər xeyli artıb.

Ölkəmizdə uşaq qidalarının qiyməti xarici ölkələrə nisbətən yüksəkdir. Azərbaycanda süni uşaq qidalarının qiyməti minimum 10 manatdan başlayırsa, Türkiyədə və Rusiyada bu qiymət iki-üç manat arası dəyişir.

Belə ki, ölkəmizdə altı aylıq uşaq üçün təkcə qidaya minimum 35 manat xərc tələb olunur.

Satıcılar alıcıların daha çox 10-17 manatlıq süni uşaq qidalarına üstünlük verdiklərini bildiriblər.

İqtisadçı Fuad İbrahimov bildirib ki, ölkəmizdə süni uşaq qidalarının baha olmasının səbəbi bu məhsulların istehsal edilməməsi və xaricdən idxal olunmasıdır.

F.İbrahimov onu da vurğulayıb ki, mövcud qiymətlər vətəndaşların büdcəsinə mənfi təsir edir.

İqtisadçı problemin həllini rəqabət mühitinin formalaşmasında və gömrük rüsumlarının yüksək olmasında görür.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, idxal və ixrac gömrük rüsumlarının dərəcələri Nazirlər Kabinetinin (NK) 17 Noyabr 2017- ci il tarixli 500 nömrəli qərarı ilə müəyyən edilir.

Həmin qərara əsasən ölkə ərazisinə gətirilən körpələr üçün nəzərdə tutulan qidalara 0 faiz idxal gömrük rüsumu tətbiq edilir.

“Xəzər Xəbər”in mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:


Abunəlik