​SON DƏQİQƏ: İran ordusu bombalanır – Generallar həlak oldu

Baxılıb:1801
​SON DƏQİQƏ: İran ordusu bombalanır – Generallar həlak oldu

İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” briqadasını komandanı İsmayıl Qəninin Dəməşqdə öldüyü və ya ağır yaralandığı barədə məlumatlar yayılıb.

AzTimes.az  xəbər verir ki, bu barədə ərəb mediası məlumat yayıb. ABŞ xüsusi xidmət orqanlarının ehtiyatda olan zabiti Maykl Pergent isə Tvitter səhifəsində Qəninin ağır yaralandığını, ölmək üzrə olduğunu yazıb.

Suriyanın “Dəclə” xəbər agentliyi də Qəninin İsrail və ABŞ-ın Dəməşqdə həyata keçirdiyi  hücum nəticəsində ağır yaralandığını bildirib.

“Əl-Hədəs”in yaydığı məlumatda İsrailin “F-35” qırıcıları ilə SEPAH-ın mövqelərinə ağır zərbələr endirdiyi, nəticədə generallar – İsmayıl Qəni və Əli Məmlükün həlak olduğu deyilir. Hücum zamanı “Qüds” briqadasına məxsus silah-sursat anbarının bombandığı irəli sürülüb. (Teleqraf)


Abunəlik