​Deputata məxsus istirahət mərkəzində ölüm hadisəsi: Qəza, yoxsa cinayət?

Baxılıb:481
​Deputata məxsus istirahət mərkəzində ölüm hadisəsi: Qəza, yoxsa cinayət?

İyulun 9-da axşam saatlarında Lerikdə yerləşən “Relax” istirahət mərkəzində Anar Hüseyn oğlu Sücayevin meyiti tapılıb.

AzTimes.az xəbər verir ki, 40 yaşlı Anar Sücayev həmin istirahət mərkəzində ofisiant işləyib.

Mərkəzdə olan qonaqların sözlərinə görə, A. Sücayev dağın 5 metr hündürlüyündə yerləşən stuldan yıxılaraq həyatını itirib.

Mərhumun yaxınları isə hadisənin qəza olmadığı deyib:

“Biz cəsədə baxdıq, qurumuşdu, uşaq da olsa bilər ki, həmin an ölməyib. Ehtimal edirik ki, başqa yerdə öldürülüb gətirilib”.

DİN-inmətbuat xidmətinin rəisi Ehsan Zahidov Meydan TV-yə açıqlamasında Anar Sücayevin cəsədini çayın sahilindən tapıldığını bildirib:

“Hazırda ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumatın veriləcək”.

“Relax” istirahət mərkəzinin deputat İqbal Məmmədova məxsus olduğu deyilir./azadinfo


Abunəlik