Əvəz Hafizlinin özündə belə olmayan FOTOLARI

Baxılıb:312
Əvəz Hafizlinin özündə belə olmayan FOTOLARI

Gecə işim çox olduğu üçün gec yatmalı oldum. Birtəhər günorta saatlarında yuxudan oyandım. Jurnalist Fərid İmranın ismarıcını gördüm, məzmunu belə idi: “Pərvin, axşam arxivimə baxırdım, Əvəzin bu şəkillərini gördüm. Şəkilləri Qusar rayonunda çəkmişdim. Rayonda bir qrup kəndli piket keçirəcəkdi, məlumat gələn kimi 1 gün öncədən 4 jurnalist birgə rayona getdik. Gecəni yedik, içdik, bir xeyli də gəzdik. Ona görə də yorğun idik. Bax, uzandığı şəkildə vətəndaş şikayətini dinləyirdi, ayaqüstə dayandığı şəkildə isə artıq aksiyanı çəkməyə gedirdik. Məsafə uzun olduğundan, həmçinin əlavə reportaj hazırlamalı olduğum üçün plan kadrlar çəkməli idim, elə yarım saatlıq yolu maşının içində yox, çölündə qət etdik. Bu şəkillər onun heç özündə də yox idi.”

Pərvin Abışova AzTimes.az


Abunəlik